Qafqazda erməni soyqırımları TƏHLİL

Tarixi faktlar erməni vəhşiliyinin və vandalizminin sərhəd tanımadığını göstərir

Oxucularımıza, xüsusilə də bu məqaləni internet üzərindən oxumaq imkanı qazanacaq xarici ölkə vətəndaşlarına bir daha aydın olsu deyə, xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb hissəsində yerləşir. Ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edir. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Şuşa inzibati rayonları daxil olub. Bu ərazilər tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Respublikasının tarixi sənədlərinə əsasən, demək olar ki, Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi - Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. Bu ərazilərdə yaşayan əhalinin, bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923-cü ilə qədər, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılana qədər Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.

Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunub

Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanın Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən, bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək, burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtar vilayət statusu verilir. Azərbaycan Sovet Sosialist Respublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: "Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti, hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üs-İlh am Əliy’ev tünə çalışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. 1922-ci il SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ

Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə 26 noyabr 1924-cü ildə çap olundu. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran, dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişlər. Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra ermənilər separatçılıq fəaliyyətlərini dayandırmadılar. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı.

Tarixi sənədlərə və mövcud faktlara istinadən demək olar ki, dünya miqyasında ermənilər qədər rəzil, hiyləgər və vəhşi xalq olmayıb. Bu vəhşi toplum hər fürsətdən yararlanaraq insanlığa və bəşəriyyətə qarşı cinayətlər törətməkdən çəkinməyir. Bu bölgəyə gəlmə olan ermənilər, müxtəlif xarici ağalarının siyasi-hərbi dəstəyi ilə özlərini bu ərazilərdə yerli xalq kimi təqdim etməyə çalışıblar. Tarixi faktlara və sənədlərə istinad edək: 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati-bölgü-erməni vilayəti təşkil edilərkən bu ərazidə mövcud 1111 yaşayış məntəqəsindən cəmi 62-si erməni kəndi olmuşdur. Həmin illərdə dağıdılmış, 359 azərbaycanlı kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrı-seçkilik siyasətinə məruz qalaraq İran və Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar.

XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni daşnak millətçilərinin “Böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnaq quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Erməni quldur dəstələri yalnız Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. Erməni terrorçuları hələ 1904-cü ilin sentyabrında Bakı şəhərində bir neçə azərbaycanlını qətlə yetirmişlər. Bu qətllər isə ermənilər tərəfindən xəbərdarlıq xarakteri daşımışdır. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl ixtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C.Libardyanın yazdığına görə üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən heç bir səbəb olmadan, qalanları isə bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardiyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “... Bu qısa üç illik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı bir qeyri-erməni mənşəli şəxsdə öldürülmüşdür. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların fəaliyyətini təsviq etmək məcburiyyətində qoymaq”.1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin nümayəndələridir (Eloğlu S. Zəngəzur hadisələri. Bakı-1993).

1905-ci ilin fevralın 7-də erməni terror təşkilatı Bakıda 100-dək dinc vətəndaşımızı öldürmüş və yaralamışdır. Erməni quldur dəstələri 1905-ci ilin fevralın 9-da Bakı sakinlərini qətl və qarətlərə məruz qoymuşdular. Erməni dəstələri kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin (Balabek, Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və b.) evlərinə yığışmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış, ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin qırğınları tarixə “Bakı şəhərində qanlı qətliqən” kimi düşmüşdür. “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər.

Erməni daşnak quldurlarının vəhşiliyi

1905-ci il mayın 11-də Bakı şəhərində baş erməni terrorçusu Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A. Nakaşidzeni və Q. Takiyeskilini qətlə yetirdilər. Bu hadisəni şahid R.R. Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən, qatillərdən biri Dro ləqəbli Drastamat Xanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə-türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldurları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarışılıqdan istifadə erməni saqqallıları on bir vətəndaş-dörd qadın, iki uşaq və beş kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar.

Bütün silah növləri ilə təmin olunmuş erməni quldur dəstələri 1905-ci ilin 2 iyununda Mənkus müsəlman kəndinə hücum etmişlər. Silahsız kəndlilər ailələrini götürüb qaçmağa məcbur olmuşlar. Kənddə qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının əlinə keçmişdir. Erməni quldurları şişləri qızdıraraq işgəncələr verməklə onu öldürmüşlər. Bu vəhşiliklərini ermənilər 1988-1989-cu illərdə Ermənistan torpaqlarından qovulan azərbaycanlılar üzərində də həyata keçirmişdilər. Erməni daşnaq dəstələri 1905-ci il iyunun 8-də İrəvan yaxınlığındakı Eçmiədzin qəzasındakı Uşu azərbaycanlı kəndini mühasirəyə almış, buranı işğal etdikdən sonra kişilərin başlarını kəsmiş, südəmər uşaqları süngülərə keçirmişlər. Bu basqın zamanı kəndin məscidi yandırılmışdır. Ermənilər səhərisi Eçmiədzin qəzasındakı Persi, Nazzevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və İrgu azərbaycanlı kəndlərini də yandırmış, məscidlərə od vurmuş və insanlığa yaraşmayan hərəkətlər edərək murdarlamışlar. Erməni daşnaq dəstələri öz çirkin əməllərindən əl çəkməyərək 1905-ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə qarşı dəhşətli qırğınlar törətdilər. 1905-ci ilin avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu,qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınlarının məqsədi və yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci ilin oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər.

Dəstəyə quldur terrorçu Hamazasp başçılıq edirdi. Kənd az vaxt içində insan meyitləri ilə doldu. Uşaqları bir yerə yığaraq kütləvi halda öldürdülər. Azərbaycan xalqının başına gətirilən soyqırımı haqqında ümummilli liderimiz Heydər Əliyevin verdiyi fərmanda qeyd edildiyi kimi: ”Böyük Ermənistan yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bunları törədən təşkilatçılar hadisələrin açılmasina, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər” (“Dirçəliş XXI əsr” jurnalı, № 3-4,1988).

Erməni terrorçu dəstələri 1905-ci il noyabrın 21-də Tiflis əhalisinə qanlı və amansız divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. Qırğında çoxlu sayda azəri türklərini də işgəncələrlə öldürmüşlər. 1906-cı ilin yanvarın 1-dən erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, qılıncla yarıldı, hələ dünyaya gəlməmiş körpələrin başlarını vurdular. Qırğına erməni quldur, qulağı kəsik Andranik Ozanyan başçılıq edirdi. Hələ əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsula general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.1906-cı il iyulun 12-də erməni quldur dəstələri yaxınlığındakı erməni kəndlərindən 10 min nəfərə yaxın dəstə ilə Şuşa üzərinə hücuma keçdilər. Ərazidə döyüşlər beş gün davam etdi. Bütün evlərə bombalar yağdırıldı. Südəmər körpələri beşiklə birlikdə yandırır, anaların başını daşa çırpırdılar. 1905-1906-cı illərdə erməni bandaları Qarabağın yüzlərlə kəndini yerlə-yeksan etmişdilər. Bu dəstələr 1906-cı il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə hücum etdilər. Silahsız kəndlilər ermənilərə müqavimət göstərə bilmədilər. Kəndin bütün kişiləri erməni vandalları tərəfindən öldürüldü. Qaçıb təpəliklər arxasında gizlənmiş 30 qadın və uşağın yerini ermənilər dərhal müəyyən etmişlər. Buna səbəb gənc ana Pakizənin uşağının ağlaması olmuşdur. Hətta tarix bu körpə qızın adını da saxlamışdır-Firuzə. Qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər. Ümumiyyətlə, o zaman Karxana kəndinin sakinlərindən heç kim canını qurtara bilməmşdir.

1905-1906-cı illərdə xalqımıza qarşı kütəvi soyqırımı həyata keçirmək üçün erməni daşnakları silahlanmış könüllülər toplamışlar. Azərbaycan, Gürcüstan, Türkiyə torpaqları hesabına “ Böyük Ermənistan “ yaratmağa cəhd edən daşnaklar Azərbaycan yazıçısı M.S. Ordubadinin qeydlərinə görə, 1905-ci il iyunun 13-də erməni dəstələri Cəbrayıl bölgəsində əhalini tamamilə öldürmüşlər. O, yazır: “ Divanlı, Qaçar, Ağbulaq və s. kəndləri yandırdılar, 50 nəfər azərbaycanlını qətlə yetirdilər. 1906-cı ilin iyulun 12-də Şuşada car hakim dairələrinin iki başlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər həyata keçirdilər.”

XVIII əsrin birinci yarısında İrəvanın 65 yaşayış məntəqəsində müsəlmanlar, 4 məntəqəsində isə ermənilər yaşayırdılar. Məhəmmədzadə Mirzəbala yazır ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud 3 milyon ermənidən 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə sakin idi.

Nəhayət, tarixi ədalətsizlik bərpa olundu

1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Azərbaycan torpaqlarının 20 min kvadrat kilometr ərazisini işğal etməsi, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi, on minlərlə soydaşımızın öldürülməsi, Xocalının yerlə yeksan edilməsi bizdən keçmişə diqqət yetirməyi, səhvləri təkrar etməməyi, unutqanlığı birdəfəlik yaddan çıxarmağı tələb edir. 1988-ci ildə azərbaycanlıları öz doğma torpaqlarından deportasiyasını silah gücünə həyata keçirdilər. Ermənistan Ali Sovetinin 1988-ci il 22 noyabr sessiyasının məxfi tapşırığına əsasən noyabrın 22-dən 28-dək bu ərazinin 22 rayonundakı 170 təmiz və 94 qarışıq yaşayış yerindən 230 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, 1000 nəfər rusdilli əhali erməni saqqallılarının silahlı dəstələri tərəfindən zorla qovuldular. Qərbi Azərbaycan ərazisindən deportasiyaya məruz qalanlardan 255 nəfər vəhşicəsinə qətlə yetirilmiş, minlərlə uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin əmlakı çapılıb talan edimişdir. Monoetnik bir dövlət qurmağa nail olan Ermənistan başçıları keçmiş sovet dövlətinin hərbi-sənaye potensialına güvənərək əhalinin 30 faizini azərbaycanlılar təşkil edən Azərbaycanın DQMV , eləcə də yeddi rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər) işğal edib xarabalıqlara döndərmişlər.Bu zaman Azərbaycanın 12 rayonunun 17 min kvadrat kilometr ərazisində olan 700 yaşayış məntəqəsi işğala məruz qalmışdır. Erməni təcavüzü nəticəsində 20 minə qədər azərbaycanlı həlak olmuş, 4 minə qədər insan girov götürülmüşdür ki, onların əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edir. Ancaq müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdi. Artıq Qarabağ münaqişəsi yoxdur, bütöv, qüdrətli Azərbaycan sərhədləri daxilində Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və digər azad nəfəs alan ərazilərimiz var.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə