"Ermənistan cəmiyyəti erməni siyasətçilərinin yalanlarından bezib" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Ermənistan cəmiyyəti müharibə etmək istəmir. Ermənistan cəmiyyəti erməni siyasətçilərinin yalanlarından beziblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Alqış Musayev deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti özlərinin uydurduqları yalanlara uduzublar: “Artıq onlar bir daha hansısa yalanın arxasınca getmək istəmirlər. Görünən odur ki, Ermənistan cəmiyyəti sosial təminatlı bir həyat uğrunda mübarizə aparırlar. Hesab edirlər ki, həmin o sosial təminatı, həmin rifahı və bölgədəki sakitçiliyi Paşinyan onlara verə bilər. Ona görə də, Paşinyanı dəstəklədilər”.

Alqış Musayev həmçinin qeyd edib ki, Ermənistanda daxili siyasi mübarizə hər zaman davam edəcək: “Paşinyanın mövqeyindən, gedişlərindən hiss olunur ki, Paşinyan bölgədə anti-rusiya əhval-ruhiyyəsi yaratmağa çalışır. Hətta elə addımlar atır ki, bölgədəki Rusiya sülhməramlılarına qarşı bir qıcıq oyadır. Bu da onun bəlli bir proyektə xidmət etməsindən irəli gəlir. Şübhəsiz ki, yenidən baş nazir seçiləndən sonra Paşinyan rus qoşunlarının Ermənistandan sıxışdırılıb çıxardılması ilə bağlı iddialar qaldıracaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə