TBMM sədri Azərbaycan Parlamentinin sədrinə təbrik məktubu göndərib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

SİA xəbər verir ki, bu barədə TBMM sədri özünün “Twitter” hesabında yazıb.

M.Şentop 28 May - Azərbaycan Respublikasının yaranmasının 103-cü ili münasibətilə S.Qafarovaya göndərdiyi təbrik məktubunda “Dost və qardaş Azərbaycan xalqını şəxsim və millətim adına ən səmimi duyğularla təbrik edirəm. Azərbaycanın Respublika günü mübarək!” deyə yazdığını da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə