İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” MƏQALƏ

Fikirlərimi Ulu Öndər Heydər Əliyevin tarixi müraciətində peyğəmbərcəsinə vurğuladığı kəlamı və bu dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı, Prezident İlham Əliyevin ifadəsi ilə başlamaq istərdim: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

***

“Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...”.

***

Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü

Bəli, məhz bu kəlamların istər siyasi, istərsə də mənəvilik əhəmiyyətini təhlil edərkən bir daha aydın olur ki, Heydər Əliyev dühası nə qədər müdrik, uzaqgörən və nəhəng strateq olub. Onun bu ölçüyəgəlməz məziyyətləri isə bilavasitə Azərbaycan dövlətinin, Azərbaycan xalqının qalibiyyət gələcəyinə hesablanmış böyük fədakarlıq nümunəsidir. Əgər bu gün Azərbaycan xalqı, hər bir vətənsevər yeniyetmə, gənc, orta və yaşlı nəsil nümayəndələri Ümummilli Lider Heydər Əliyevi xatrlayırsa, anırsa demək ki, bugünün güclü, qüdrətli və ən nəhayət qalib ölkəsinin təməlinin məhz Onun –böyük dövlət xadiminin tərəfindən qoyulduğunu minnətdarlıq hissi ilə dərk edir. Çünki Heydər Əliyev amalının əbədiyaşar siyasət olduğunu bilir, bu siyasətin Ulu Öndər tərəfindən layiqli siyasi varisinə ötürüldüyünü xatırlayır, xalqın isə tarixi bəyanata birmənalı dəstək göstərdiyini qürurla anırıq. Bu, həm də bir mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümüdür ki, hər xalqa, hər millətə nəsib olmur.

Eyni zamanda, əgər Azərbaycan qalibiyyət, tərəqqi, inkişaf yolunu tutubsa, zəfərlərə imza atıbsa, regional gücdən beynəlxlq aləmə dinamik sıçrayış edibsə, bütün bunların təməlində Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı yaşadan, inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə - İlham Əliyev faktoru və onun da əsasında dövlət-xalq sarsılmazlığının vəhdəti dayanmaqdadır. Əbəs deyil ki, biz İlham Əliyev reallığı barədə fikir bildirərkən Onun Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi də vurğulayırıq. Bu iki ayrılmaz və danılmaz məfhum mütərəqqi Liderlik gerçəkliyini bütün çalarları ilə əks etidrməkdədir. Yəni bizlər İlham Əliyevin fəaliyyəti istiqamətindəki faktiki gerçəkliklərə sistemli olaraq nəzər salsaq bir çox enişli-yoxuşlu keçidlərin, mərhələlərin şahidlərinə çevirlmiş olarıq. Bu ifadə İlham Əliyevin üzərinə düşən və ardıcıllığı ilə seçilən missiyanın mühüm xarakterlərinin ilk göstəricilərindədir.

Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədləri: yerinə yetirilən Lider sözü!

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm hadisə olaraq dəyərləndirilir.

Yəqin ki, bir çoxlarınız zaman-zaman, ölkəmizin taleyüklü məsələləri ilə bağlı müxtəlif diskussiya və müzakirələr zamanı bu ifadəni tez-tez işlətmisiniz, yaxud eşitmisiniz – Əgər Heydər Əliyev olmasa idi, indi nə müstəqil Azərbaycan, nə də dövlətçiliyimiz olmayacaqdı. Biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndərimiz olub və bu gün Onun davamçısı, Prezident İlham Əliyev Heydər Əliyev ideologiyasının əbədiyaşarlığını qoruyub-saxlayır, inkişaf etdirir. Təbii ki, bu belədir və belə olmasa idi indi hətta bu məqalədəki ifadələrimizi belə ictimai diqqətə çatdıra bilməzdik. Bax, bu təhlilin də mühüm və incə nüasnları sözügedən gerçəkliyi üzə çıxarır, ehtiva edir. Heydər Əliyev ideologiyası və bu ideologiyanın yaşadılması Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyidir!

Və əbəs deyil ki, Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadimi olaraq tanınmaqdadır. Bu mənada, Ulu Öndər Heydər Əliyevin 2003-ci ildəki prezident seçkiləri ərəfəsində irəli sürdüyü daha bir fikrini diqqətə çatdırmaq yerinə düşərdi. O, cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir”.

Ümumiyyətlə, bu ifadələr İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, Onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti möhkəm, sarsılmaz dövlətçilik ucalığı üzərində dayanmaqdadır. O cümlədən, qlobal dünyamızda baş verən hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək birmənalı olaraq cənab İlham Əliyevin dövlət xadimi olaraq, həm də dövləti idarəetməsinin əhəmiyyətli əsasını təşkil edir.

Artıq 18-ci ilə qədəm qoyan müasir dövlətçilik siyasətinin məcmusu altında Heydər Əliyev irsi və İlham Əliyev imzası dayanır!

Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə dünya birliyinin vacib partnyoruna çevrilib. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar, təhsil, səhiyyə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, qlobal tərəqqi və s. çoxşaxəli sahələri əhatə edən bir çox dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi. Beləliklə, artıq 18-ci ilə qədəm qoyan müasir dövlətçilik siyasətinin məcmusu altında Heydər Əliyev irsi və İlham Əliyev imzası dayanır!

Daha bir xüsusi məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm siyasi gedişlərdən biridir. O strategiya ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev qətiyyəti ilə müəyyən olunmuşdu. Etiraf edilməlidir ki, əgər bu strategiya müəyyən edilməsəydi, indi hər şey tamamilə başqa cür mövcud olacaqdı.

Nəticədə isə qarşıda qoyulan bütün məqsədlərə çatmaq üçün Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tuturdu və bu istiqamətdə də görülən işlər Onun alternativsiz dövlət xadimi olaraq bütün uğurlarını səciyyələndirməkdədir – neft siyasətindən ölkənin inkişafı mərhələlərinə qədər gedən çətin bir yol. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilmiş sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edirdi ki, artıq bu yolun da mühüm hissəsi keçilib, qarşıda isə daha nəhəng işlər dayanmaqdadır.

Qarşıda isə Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı...

Lakin növbəti bir əhəmiyyətli məqam xarici siyasətin qurulması və uğurla davam etdirilməsi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Məhz bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq syatəsi ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə, bunun kökündə düzgün xarici siyasətin dayanması şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib və bunun daha geniş izahı məqalənin aşağı hissələrindədir. Qarşıda isə Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı və bu problemin könündən həll olunması vacibliyi özünü daha çox göstərməyə başlamışdı.

Ali Baş Komandan: Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol

Qeyd etdiyimiz kimi, Azərbaycanın digər sahələrdə əldə etdiyi uğur və qələbələri ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, həm də Ordumuzun güclənməsinə, peşəkar ordular sırasında yer almasına geniş şərait yaradırdı. Bu xüsusda, Ordu quruculuğu prosesinin aparılmasında da Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq bilavasitə iştirakı öz labüdlüyünü qoruyub-saxlamaqda idi. Ermənistanın işğalçılıq siyasəti, torapqlarımızı sülh yolu ilə təhvil vermək istəməməsi isə həmin labüdlüyü daha da artırdı. Nəticədə düşmənin silahlı təxribatlarına birdəfəli cavabın verilməsi zamanı çatdı. Bu qalibiyyətə qədər gedən hərbi yol da asan başa gəlməmişdi. Azərbaycanın hərbi sənaye potensialının artırılması, ildən-ilə çoxsaylı və irimiqyaslı hərbi təlimlərin həyata keçirilməsi, silah-sursat, hərbi texnika, təchizat və avadanlıqların ən masir standartlar səviyyəsinə çatdırılması, dost və qardaş ölkə - Türkiyə ilə strateji bağların möhkəmləndirilməsi, dünyanın hərbi potensialı, güclü olan ölkələri ilə sıx əlaqələrin qurulması, bunun ardınca isə dəstəyin əldə edilməsi, habelə milli ruhun, döyüş ruhunun anbaan artırılması – qeyd edilən hər bir məqamların arxasında nə qədər nəhəng siyasətin, müdrikliyin dayandığını ortaya qoymaqdadır. Cənab Ali Baş Komandan bilirdi ki, düşmən sakit dayanmayacaq və onun məhv edilməsi üçün hər an hazır olmaq zamanın tələbinə, çağırışına çevirlmişdi. Azərbaycan heç vaxt işğal faltı ilə barışmayacaqdı və bu tarix – işğaldan azadolunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il, 27 sentyabr tarixinə təsadüf etdi.

Bu mənadan da çıxış edərək bildirək ki, cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasəti nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Bu baxımdan, İlham Əliyevin Qalib Sərkərdəlik fenomeni də həmin tarixdən başlanıldı. Prezident İlham Əliyev hələ Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını verilmişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər və Böyük Sərkərdə kimi qədəm qoydu.

ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Bu xüsusda, bəzi mühüm nüanslara diqqət ayırmaq istərdim. 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibi planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında işlənilir və həyata keçirilirdi. O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən, dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmir iradəli Lider, böyük strateq gələ bilərdi.

Söz yox ki, qələbəyə doğru atılan addımların hər birindən sonra növbəti atılacaq addımlar, qərarlar da düşünülürdü və bunların hər birinin yükü Böyük Sərkərdənin – Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm çiyinlərində dayanırdı.

Biz, tarixi qələbəmizdən sonra Onun azad olunmuş ərazilərimizə səfərlərini xatırlaya və orada verdiyi bəyanatlarını da vurğulaya bilərik. Cənab İlham Əliyev “Mən bura Ordum ilə gəlmişəm” ifadəsini bəyan etməsi ilə düşmənə mesaj verdi ki, artıq güclü, qüdrətli Azərbaycan Ordusunun qarşıını heç bir cəhdləri ilə ala bilmək mümkün deyil. 30 il boyunca dağıdılmış, viran qoyulmuş, talan edilmiş ərazilərimizin qısa müddətdə bərpası üçün də mühüm qərarlar verən cənab Ali Baş Komandan dünyaya onu da mesaj olaraq çatdırdı ki, Azərbacan xalqı və dövləti bütün çətinliklərdən, sınaqlardan qalib çıxmaq əzmindədir.

Prezident İlham Əliyevin və birinci Vitse prezident, xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, əslində, Ali Baş Komandanımızın bir neçə il əvvəl səsləndirdiyi və yuxarıda vurğuladığımız “Qarabağ Azərbaycandır!” bəyanatının möhtəşəm nidası oldu.

Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi. Müzəffər Lideriyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad!

Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı və eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə (!) cəzalandırdı. Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı ki, Onun həmin ifadələrini məqalənin əvvəlində qeyd etmişəm. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işağl altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması isə artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə