Ermənistan “Düz yola gəlin!” mesajına əməl etməməyin nəticəsi...

Prezident İlham Əliyev: “Azərbaycan XXI əsrin müharibəsini aparırdı”

Prezidenti İlham Əliyev bütün çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan özünə, millətinə, azərbaycançılığına həmişə hörmətlə yanaşıb: “Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər...Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik”.

Qeyd edək ki, ermənilərin özləri də bunu gözəl bilir ki, vaxtilə Azərbaycan Prezidentinin “düz yola gəlin” mesajına əməl etməməyin acısı belə olmalı idi – məğlubiyyət!

Erməni politoloqun Paşinyana qarşı ittihamı

Erməni politoloq Benyamin Matevosyan cəmiyyətə ölkənin bərbad vəziyyətə gəlməsinə səbəb olan müharibənin səbəbkarının Paşinyan olduğunu deyərək bildirib: “Qarabağ Ermənistandır və nöqtə»ni kim bəyan etdi? Kim dedi ki, danışıqlar “sıfır nöqtə»sindən başlayır? ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikrinə hörmət etməyən və «rəsmi Stepanakert»in (Xankəndi –R.H.) də İrəvan və Bakı ilə birlikdə danışıqlar masasına oturmasını tələb edən kim idi?”.

Politoloq, həmçinin 2020-ci ilin iyul döyüşlərini Paşinyanın bir mövqeyi ələ keçirmək üçün başlatdığını vurğulayıb: “19 oktyabrda ortada təklif olmasına baxmayaraq, müharibəni kim dayandırmadı? Putini saxtalaşdırmada kim günahlandırır? Kimin mətbuat katibi 8 apreldə təyyarənin məhbuslarla birlikdə İrəvana gəlməsini söylədi? Bütün bunları Paşinyan etdi. Buna görə də Müdafiə Nazirliyinin binasının niyə bloklandığını anlamıram. Müdafiə Nazirliyinin əməkdaşlarının təxliyə olunduğu helikopterdə Vaqarşak Arutyunyan üçün kifayət qədər yer olmaya bilər... Ondan nə tələb oluna bilər və ya nə gözlənilir axı?”.

Bəli, bütün dünya gördü ki, Azərbaycan haqq yolundadır.

“Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, əgər belə demək mümkündürsə, mənəviyyat müharibəsi aparırdı”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında Ermənistanın həlledici addım atmadığını söyləyib: «Ermənistanın taktikası danışıqlar prosesində iştirakla bağlı imitasiya yaratmaq, həlledici addım atmaq lazım gəldikdə isə, Fransa danışıqlarında olduğu kimi, geri çəkilmək idi. 2009-cu ildə Ermənistan tərəfi əslində Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutan həll variantını rədd etdi».

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, əgər belə demək mümkündürsə mənəviyyat müharibəsi aparırdı: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi”.

Dövlət başçısı Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç vaxt unudulmayacağının deyib: “Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir”.

Prezident deyib ki, bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır: “Çünki ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər”.

“Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər”

Prezident İlham Əliyev konfransda çıxışı zamanı bildirib ki, Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.

Prezident deyib ki, indi, biz həmin ərazilərə qayıdırıq, Ermənistan qoşunlarının işğalının fəsadlarını, bizim tarixi torpaqlara, dini abidələrə qarşı etdiklərini gözlərimizlə görürük. Bəli, onlar çox şeyi «saxlamaq» istəyib. Ancaq qarşısındı Azərbaycan Prezidenti İlham Əliyevin «dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun, güclü iqtisadiyyata malik olan güclü dövlət və xalq birliyi onların «istəklərini» ürəklərində qoydu və qoyur. Çünki Azərbaycan həmişə konstruktiv mövqedə olub: “Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik”.

Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən konfransdakı çıxışında Ermənistanın münaqişənin həllində maraqlı olmadığını söyləyib: “Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərinin tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”.

“Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər”

Dövlət başçısı hərbçilərimizin ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdiklərini bildirib: “Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər. Hərbçilərimiz ləyaqətlə davranırdılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Biz qanunsuz olaraq məskunlaşdırılmış əraziləri azad edirdik. Ancaq hərbçilərimizin hücumları yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. Bu səfərbər edilmiş və hərbi əməliyyatların bir hissəsi olan mülki şəxslər idi”.

Dövlət başçısı vurğulayıb ki, insani mahiyyətin və siyasətimizin nümayiş etdirilməsinə və ordumuzun insani davranışına açıq sübut hərbçilərimizin Hadrutda qalmış yaşlılarla necə davranması olub: “Bu yaşlı insanlar vaxtilə azərbaycanlılarla yaşadıqları üçün Azərbaycan dilində çox yaxşı danışırdılar. Onlar xəstəxanaya aparıldılar və orada müalicə edildilər. Sonra onları Qırmızı Xaç vasitəsi ilə Ermənistana qaytarmaq qərara alındı, lakin orada onları qəbul etməkdən imtina etdilər. Yaşlı insanlardan biri o qədər zəif idi ki, ermənilər onu qəbul etmək istəmirdilər. Ermənistanda bu davranışı qiymətləndirdilərmi? Deyərdim ki, xeyr».

Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə «demokratı» başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət «siyasətinin» əziyyətini elə sadə erməni xalqı çəkir və çəkəcək də. Yuxarıda qeyd etdiytimiz kimi, işğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? «Qarabağ Ermənistanındır, vəssalam!» böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı - NİDA! olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir «düz yola gəlin» mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: «Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir”.

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bu faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə