"Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub" Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə yayılan məlumatla bağlı açıqlama yayıb. Müdafiə Nazirliyindən hadisə ilə bağlı SİA-ya verilən açıqlamada bildirilir ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə