Biz Xəzərdə ən böyük donanmaya sahibik Azərbaycan Prezidenti

Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Birincisi, biz limanı Bakı şəhərindən çıxardıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yaradılıb. Ələtdə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkanlarımızı böyük dərəcədə artırıbdır".

Bütün xəbərlər Facebook səhifəmizdə