"İtkin düşənlərin sayı 40-a çatdı" Artak Beqlaryan

Dağlıq Qarabağdakı döyüşlər zamanı qırxa yaxın mülki şəxsin itkin düşdüyü bəlli olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qondarma rejimin Ombudsmanı Artak Beqlaryan bu barədə öz Facebook səhifəsində yazaraq informasiya yayıb.

Məlumatda qeyd olunur ki, bundan əvvəl döyüşlər zamanı itkin düşən 30 mülki şəxs barədə məlumat verilmişdi.
Bundan əlavə, 60-a yaxın hərbi əsirin Ombudsman Aparatı tərəfindən sosial şəbəkədəki video görüntülər vasitəsilə müəyyənləşdirildiyi iddia olunur.

Beqlaryan toplanan məlumatların dövlət və beynəlxalq qurumlara təqdim olunduğunu vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...