Xəyanətkar ermənilərin xəyanətkarlıq ittihamı paradoksu TƏHLİL

Artıq Rusiya da daxil olmaqla, bütün dünya Azərbaycan həqiqətlərini qəbul etmək, ölkəmizin xüsusilə Dağlıq Qarabağ məsələsində haqlı olduğunu etiraf etməkdən başqa çıxış yolu görə bilmir. Bu isə Ermənistan cəmiyyətində çox güclü rezonans döğurur və ermənilər narahatlıqlarını gizlədə bilmirlər. Hazrda işğalçı ölkə mətbuatı dünya ölkələrinin, onların liderlərinin demək olar ki, hamısını hədəfə alıb və haqsız mövqelərini, qanunsuz əməllərini, terrorçuluq fəaliyyətlərini dəstəkləməyənləri təhqir belə etməkdən çəkinmir.

Artıq işğalçı tərəfin mediası onu da etiraf edir ki, Azərbaycan Ordusuna müqavimət göstərmək üçün gücləri yetərli deyil. Etiraf olnur ki, nəticədə yüzlərlə erməni hərbçinin itgisi ilə üz-üzə qalıblar, lakin dünya mediası araşdırmaçılarının əsaslandırdıqlarına görə bu itgi yüzlərlə yox, minlərlədir.

İndi ermənilər ABŞ prezidentni də hədəfə alıblar və xüsusi ehyam vururlar ki, o seçkiləri ilə çox məşğuldur və heç erməni cəmiyyəti onun yadına da düşmür. Eyni zamanda Baydenin, Dağlıq Qarabağın işğalçılardan təmizləmə əməliyyatlarını dəstəkləyən açıqlamalarını da ürək ağrısı ilə qarşılayırlar. Qeyd edirlər ki, Tramp ermənilərin bu faciəsini çox görməzlikdən gəldi. Əslində isə Trampın ermənilərə məhəl qoymaması, Baydenin də həqiqətin tərəfində olub, antiterror əməliyyatlarını bəyənməsi ədalətin təntənəsidir ki, bunu erməni cəmiyyəti həzm edə bilmir. Amma həzm etmək məcburiyyətindədir. Əvvəla, dünya ölkələri, bu ölkələrin başçıları işğalçı tərəfin yalanlarından bezib, onların irəli sürdüyü fikirlərin mahiyyətinin olmadığını, iddialarının absurd olduğunu da aydın şəkildə dərk edir. Eyni zamanda, Ermənistana görə baş sındırmağa dəymədiyi də günün reallığına çevrilib. Digər tərəfdən, həqiqətən də Birləşmiş Ştatların özünü də maraqlandıran məsələlər, bu dövlətin başçısını, səlahiyyətlilərini qayğılandıran işlər var və bunlarla məşğuldurlar. Belə məqamda bir sözlə, amerikalıların erməniyə ayırmağa vaxtı yoxdur.

Xatırlayırıqsa, bir qədər əvvəl Fransa prezidenti Makronu yoldan çıxaran ermənilər onun ifadələrindən və özündən razılıq edirdilər. Hətta Nikol Paşinyan Putinin onun zənglərinə məhəl qoymamasına ehyam vuraraq və Fransa prezidentinin onun oyunlarına alət olmasına sığınaraq, “Putinə və digərlərinə zəng edib vaxt irirməkdənsə, bundan sonra Makrona zəng edərəm” demişdi. Fransa prezidentinə az qala Ermənistanın milli qəhrəmanı adı veriləcəkdi. Amma artıq ermənilər Makrona görə təəssüf hissi keçirdiklərini gizlətmirlər. Hətta bir neçə gün əvvəl dediklərinin əksinə olaraq, “Macron da Fransa kimi böyük bir ölkənin prezidentinə şərəf gətirməyən keyfiyyətlər nümayiş etdirir”, deyə bildirirlər. Onun rəsmi Bakı ilə münasibətlərini normallaşdırmasını isə xəyanət adlandırırlar və deyirlər ki, Makron canını qurtardı. Maraqlıdır, canını nədən qurtardı Makron? Yaxud, Fransa prezidenti niyə canını qurtarmalıdır? Həqiqətən də bu suallar bir sıra maraqlı məqamlardan xəbər verir və Makronla bu işğalçıların bağlarını açıb çılpaqlığı ilə ortaya qoyur. Hələ bundan sonra bəzi məqamları ekspertlər daha səlist şəkildə şərh edəcəklər və bir sıra məsələlər də dünya ictimaiyyəti üçün açıqlanacağı zərrə qədər də şübhə doğura bilməz.

Daha çox diqqət çəkən bir məqam da işğalçı rejimin, ermənilərin İran tərəfini günahlandırması, xəyanətdə ittiham etməsidir. Bu rejimin İranı özlərinə qarşı son dərəcə xəynətkar hesab etməsi, xain adlandırması insanda bir hiddət doğurur. Axı, İran İslam Respublikası adından da göründüyü kimi bir islam dövləti kimi donuzu müsəlman məscidlərinə salan toplumu necə özünə dost bilməlidir? Bəlkə də İran tərəfinin hansısa yardımlarına göz dikən, ümid bəsləyən ermənilər indi şok keçirirlər, onlara hiyləgər və xain bir zərbə vurqlarını deyirlər.
Ermənistandan hərəkətə başlayan naməlum bir pilotsuz uçuş aparatının İran hava hücumundan müdafiə vasitələri ilə vurulması erməniləri bir qədər də qıcıqlandırıb. Avia.pro saytının məlumatına görə, pilotsuz Ermənistan təyyarəsinin sərhəddi pozarkən məhv edilməsi xəbəri erməni cəmiyyəti üçün tamamilə çaşqınlıq yaradıb. Çünki, erməni soyqırımını dəstəkləməyə qərar verəcəkləri ümidi ilə yaşayanlar İran ordusunun ilk dəfə bir erməni pilotsuz təyyarəsinə hücum etməsinə görə başlarını itiriblər.

Təbii ki, bütün bunlardan daha çox Rusiyanın mövqeyindən narahatdırlar ermənilər və qeyd edirlər ki, Rusiyanın hərəkətləri xüsusi qəzəbə layiqdir. Onlar hesab edirlər ki, Rusiya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə “yaşıl işıq” yandırıb. Belə çıxır ki, başda Nikol Paşinyan olmaqla, erməni cəmiyyəti Rusiyanın, şəxsən Putinin dəstəyinə güvənərək bura qədər dillənirdi və reallıq da bundan ibarətdir. Ermənilərin Putindən, onun timsalında bütün ruslardan yanıqlı olduqları üzə çıxır və indi də Rusiyaya bir növ “yer göstərmək” iddiasına düşüblər. Rəsmi Kremli bir çox cinayətlərdə ittiham edən ermənilər bununla hədə kəsməyə də üz tapırlar. Bu üzsüzlük onlara imkan verir ki, Rusiyanı da digərləri kimi xəyanətkalıqda ittiham etsinlər.

Maraqlı məqamlar, tükürpədici faktlar, absurd iddialar, yersiz tələblər çoxdur, amma bütün bunlar təfərrüatlardır və əsas məsələnin mahiyyətidir ki, bu da ermənilərin hamını özlərinə qarşı xəyanətkar adlandırmalarıdır. Əcəba, bu toplum hamını, bütün dövlətləri, bütün xalqları özlərinə borclu hesab edirdilər ki, indi də hamını xəyanətdə ittiham edirlər?

Bunların, bu toplumun, erməni deyilən bu hayların kimlərin, hansı xalqın, hansı ölkənin qarşısında xidmətləri var ki, belə iddiadadırlar, deyə düşünməkdə hamı haqlıdır. Amma söhbət xəyanətkarın özündən gedirsə, məsələ tamamilə fərqli şəkildədir. Yəni, bu tolum individual yanaşma tələb edir və bu yanaşma isə başqa şəkildə təzahürlərdən xəbər verir. Belə ki, Sovetlərin tərkibində olduğu zaman Hitlerə işləyərək ruslara xəyanət edən, müharibənin məlum gedişatı zamanı bu dəfə faşistlərin özlərinə qarşı çıxan, SSRİ-nin dağılması zamanı yenidən ruslardan üz döndərən və quyruqları qapı arasında qaldığı zamanı təkrarən ruslara böyük qardaş deyən bir toplum bütün varlığı, mövcudluğu boyu xəyanətkarlıqda ad çıxarıbsa, bu toplumun xəyanətkar deyə ittihamı çox absurd səslənir. Təyin etməkdə belə hər kəs çətinlik çəkə bilər ki, görəsən bu özləri xəyanətkar olanlar kiməsə xain dediyi zaman onları tərif edirlər, yoxsa təhqir? Etiraf edək ki, xəyanətkarın xəyanətkarlıqda ittihamı paradoksdur və məhz bu baxımdan ermənilərin kimləri isə xəyanətkar adlandırması həm təəccüb doğurur, həm də gülüş.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...