Yaxın Şərqdən neft tədarükündəki fasilələr kompensasiya ediləcək...

Ölkə 16 mart tarixindən etibarən milli neft ehtiyatlarını buraxmağa başlayacaq...

...SİA xəbər verir ki, Yaponiyanın dövlət media holdinqi NHK-nın məlumatına görə, Yaponiyanın Baş naziri Sanae Takaiçi bunu açıqlayıb.

Takaiçi qeyd edib ki, “...ehtiyatların buraxılışının 16 martda baş tutacağına qərar verdik”.

Baş nazir həmçinin bildirib ki, Yaponiya 15 günlük istehlaka bərabər olan özəl sektorun neft ehtiyatlarından və bir ay ərzində dövlət ehtiyatlarından istifadə etməyi planlaşdırır. Yaponiya əvvəllər neft qiymətlərinin artımını yavaşlatmaq üçün Beynəlxalq Enerji Agentliyinin üzvləri tərəfindən neft ehtiyatlarının əlaqələndirilmiş şəkildə buraxılmasının mümkünlüyünü dəstəklədiyini bildirib.

O, ötən gün G7-nin virtual iclası zamanı belə bir addım atmağa hazır olduğunu açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə