Bir zaman anasının və özünün yalvarışları müqabilində, qanun pozuntuları, səhvləri ola-ola Azərbaycan tərəfindən əfv olunaraq buraxılan Lapşin kimi bir blogger nadürüstlüyünü, qanmazlığını yenə də gizlədə bilməyib. SİA xəbər verir ki, bir zaman Azərbaycan tərəfindən mərhəmət olunaraq buraxılan blogger yenə də öz Facebook səhifəsində sərsəm fikirlər paylaşmağa başlayıb.
Quyruğu qapı arasında olan zaman özü və anası tərəfindən yalvarışlarla mərhəmət diləyən və ona sığınan biri indi kənardan Ermənistanın müdafiəsinə qalxırsa, bu onun simasızlığının, rəzilliyinin göstəricisidir. İndi Azərbaycanın tragikomik vəziyyətdə olduğunu iddia edən blogger güzgüdə özünə və az qala hər şeyini itirən Ermənistana, onun müdafiəsinə qalxdığı işğalçı ölkəyə baxsın görsün bu vəziyyətdə kimdir.
Azərbaycan Ordusunun Hadrutu geri qaytarmasını yalanlamağa çalışan blogger bunu sosial şəbəkədə öz hesabında yazaraq özünü rüsvay etməklə yanaşı, tərəfini tutmaq istədiyi Ermənistanı da çox gülünc günə qoyur. Əvvəla, geri qaytarılan ərazilər barədə informasiyaları daim öz daxili auditoriyasından gizlədən, yalanı bayraq edən Ermənistan tərəfidir və bu öz təsdiqini dəfələrlə tapıb, eləcə də işğalçı ölkənin vətəndaşları bunu özləri də görürlər. Digər tərəfdən, Lapşin ikiüzlü şəkildə, riyakarcasına ermənilərin tərəfini tutmaqla, onların özləri kimi təhrif etməklə özünün də erməni xislətli olduğunu nümayiş etdirir. Bu həm də erməni cəmiyyətinin özü üçün də xöşagələn fakt deyil əslində. Çünki, azərbaycanlılardan bir zaman mərhəmət diləyənin erməniləri müdafiə etməsi erməni cəmiyyəti üçün başucalığı, yaxud haqlı olma anlamına gələ bilməz. Burada bir məqam da diqqəti cəlb edir ki, Ermənistan məhz Lapşin kimi simasızların, rəzillərin belə müdafiəsinə möhtac qalıb.
İndi bütün dünya ictimaiyyəti Azərbaycan Ordusunun zəfərlərini, əldə etdiyi uğurları diqqətlə izləyir və geri alınan torpaqlarda bayraqlarımızın dalğalanması Lapşin kimi boşboğazların fikirlərini tamamilə alt-üst və mənasız edir. Görünür, yalançılar, riyakarlar özlərinə yeganə məkan olaraq Ermənistanı seçir və bu da təbiidir. Çünki, Lapşinlərin ampulası məhz Ermənistan olduğu kimi, Ermənistanın da müdafiəçisi elə Laşşin kimi simasız, rəzil və yalançılar ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB