Marsel şəhərindən İrəvana yola düşən Jilbert Minasyan özü ilə birgə muzdlu da gətirib
Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü - Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana və oradan da Qarabağ cəbhəsinə getməyi planlaşdırıb. SİA-nın məlumatına görə, bunu Fransanın “Liberation” qəzeti yazır.
Belə ki, Fransanın Marsel şəhərndən İrəvana yola düşən erməni əsilli Fransa vətəndaşı Jilbert Minasyan 1980-ci illərdə türk diplomatlarını terrorizə edən ASALA terror təşkilatının fəal üzvlərindəndir. Məhz həmin illərin sonlarından Qarabağa gələn erməni terrorçusu qanunsuz hərbi birləşmələrin tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak edib, dinc vətəndaşlarımızın kütləvi qətlində, soyqırımı aksiyalarında aktivliyi ilə seçilib.
Lakin daha bir ilginc məsələ budur ki, ASALA üzvü Minasyan hazırda özü ilə birgə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağda yollanıb.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev "Liberation" qəzetində dərc olunan məqalənin linkini sosial şəbəkədəki hesabında paylaşaraq, bu şəxslərin muzdlu olduqlarını və Azərbaycana qarşı döyüşdüklərini bildirmişdi. Dövlətimizin rəsmisi Fransa hökumətini lazımi tədbirlər görməyə çağırmışdı.
Digər tərəfdən, Fransa mətbuatı bir müddət bundan əvvəl Strasburqdan Ermənistan ordusuna qoşulan erməni əsilli Fransız vətəndaşı barədə məlumat yayaraq, bu prosesin davamlı hal aldığını yazmışdı.
Xatırladaq ki, hazırkı vaxta qədər xarici ölkələrdə yaşayan bir sıra ermənilər Qarabağa Azərbaycan Ordusuna qarşı döyüşməyə gəlsələr də, onların çoxu artıq öldürülüb. Görünür, Minasyan da digər terrorçular kimi Qarabağa rəşadətli Azərbaycan əsgərinin açacağı sərrast atəşindən gəbərmək üçün gəlib.
Bir məlumatı da xüsusi olaraq qeyd edək ki, Jilbert Minasyan törətdiyi terror aktlarına görə fransada ömürlük həbs cəzasına məhkum edilmiş ASALA üzvlərindəndir. Belə olan halda bir sual yaranır, necə olur ki, ömürlük həbs həyatı yaşayan bir terrorçu "kos-koca" Fransa həbsxanasından başqa bir ölkənin ərazisində döyüşmək üçün buraxılır. Görünür Fransa prezidenti Emanuel Makronun Azərbaycana nifrəti hətta onun dövlət başçısı olmasını da özünə unutdurub...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB