“İkili standart sərgilənirsə, hansı demokratiyadan danışmaq olar?” ÖZƏL-MÜNASİBƏT

"Bu gün digər ölkələrlə müqayisədə Azərbaycanda polis-vətəndaş münasibəti çox yüksək səviyyədədir. Buna səbəb daha çox Azərbaycan Prezidentinin daim çıxışlarında məmurların insanlarla davranışında qanunun aliliyinə hörmət edilməsi, təkəbbürlü olmamaq, xalqın xidmətçisi olduqlarını unutmamaq tövsiyyəsidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, bir çox beynəlxalq demokratik təşkilatlar və hüquqi təsisatlar belə vətəndaş faktorunu gözardı edirlər: “Bu gün inkişaf etmiş ölkələrdə polis və vətandaş münasibəti heç də demokratik prinsiplərə əsaslanmır. Xüsusilə ABŞ, Fransa, Latın Amerikası ölkələrində biz bunun şahidi ola bilirik. Diqqət etsək görərik ki, həmin dövlətlər “demokratiyadan” daha çox danışır. Demokratiya olan dövlətdə vətəndaş faktoru bir nömrəli məsələ olmalıdır. İnsan hüququları təsisatları belə ikili standartlarla yanaşma sərgiləyirsə, sizcə hansı demokratiyadan və ya vətəndaş faktorundan danışmaq olar? Əsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yeni idarəetmə modeli ilə bir çox inkişaf etmiş ölkələrin “demokratiya” adı altında apardıqları falş siyasəti ortaya qoymağa müvəffəq oldu. Ölkə başçısı qanunun qarşısında sosial statusun ola bilməyəcəyini çox sərt şəkildə hər kəsə qəbul etdirdi. Bu bir tərəfdən də ölkə başçısının möhkəm siyasi iradəsindən irəli gəlir. Bu gün ölkəmiz polislərin əmək haqlarını zaman-zaman artırmaqla, onları dövlət tərəfindən gərəkli yaşam şəraitləri ilə təmin etməklə bərabər, onların xidmətini yüksək qiymətləndirir. Amma vətəndaş faktorunun vəzifəsindən asılı olmayaraq hər kəsin xidmətindən daha öncül olduğu və ölkə adına alınan bütün qərarların birmənalı olaraq vətəndaşa xidmət etməsi Cənab İlham Əliyevin yeni dövlət idarəetmə modeli kimi bir çox inkişaf etmiş dövlətlər tərəfindən təcrübə olaraq öyrənilməsi gərəkir.

Hazırda ölkəmizdə polis-vətəndaş, məmur-vətəndaş, dövlət və müxalif düşərgə arasında aparılan dialoqlar çox müsbət nəticə verir. Hesab edirəm, Cənab Prezidentin təşəbbüsü ilə ölkədə tətbiq edilən bu idarəetmə modeli, ölkəmizi çox qısa zamanda demokratiya mərkəzinə çevirəcək”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...