“Ermənistan hakimiyyəti hüquq sistemini məhv etməkdə davam edir” Arsen Babayan

Hakimiyyəti qəsb etmək, konstitusiya quruluşunu devirmək və vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmə məqsədi ilə həyata keçirilən cinayət əməlləri siyasi hakimiyyətin icra hakimiyyəti və qanunverici qolları ilə üçüncü qoluna qəsd etmək qərarına gəldiyi zamandan başlayıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Rodina” partiyasının üzvü Arsen Babayan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

“Əvvəlcə Konstitusiya Məhkəməsinin sədrinə, sonra ən yaxın çevrəsinə qarşı cinayət işləri başlanıldı, axtarışlar aparıldı və sair hərəkətlər edildi. Əslində, bütün hüquq-mühafizə orqanları Konstitusiya Məhkəməsini ələ keçirmək və Konstitusiya Məhkəməsində çoxluq əldə etmək üçün gələcəkdə öz siyasi və ya qeyri-siyasi hərəkətlərini həyata keçirə bilməsi üçün bu işdə fəal iştirak etdilər”, deyə Arsen Babayan bildirib.
O qeyd edib ki, Ermənistanda demək olar ki, bütün dövlət qurumları Konstitusiya Məhkəməsinin səlahiyyətlərini həyata keçirməyə başlayıblar.

"Xüsusilə, Xüsusi İstintaq Xidməti hesab edir ki, Konstitusiya Məhkəməsi əvəzinə hansı hərəkətin edildiyini şərh edə və ya qərar verə bilər", deyə partiya üzvü Babayan fikirlərini izah etməyə çalışıb.

Arsen Babayanın sözlərinə görə, dövlətdə hüquq sisteminin və qanunun bu hakimiyyət tərəfindən məhv edilməsi dövri xarakter daşıyır və Xüsusi İstintaq Xidməti bu işə qarışır.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı İveta Tonoyan qeyd etdi ki, il ərzində hakimiyyət davamlı olaraq Konstitusiya Məhkəməsinin ələ keçirilməsi ilə məşğul idi və Konstitusiya Məhkəməsini istədikləri hakimlərlə doldurmaq üçün çalışdı.

Xatırladaq ki, “Çiçəklənən Ermənistan”, “Ana Vətən” və “Daşnaksütyun” iyunun 30-da Ermənistanın Baş Prokurorluğuna bir sıra yüksək vəzifəli məmurların cinayətdə mümkün iştirakı barədə mesaj göndərmişdilər. Lakin Xüsusi İstintaq Xidməti bu hesabat əsasında cinayət işi açmaqdan imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...