"Belə ünsürləri nə torpaq, nə Vətən, nə də şəhid düşündürmür" ÖZƏL-MÜNASİBƏT

“İnsanların prezdentə və orduya dəstək üçün küçələrə çıxması, həmçinin torpaqlarımızın işğaldan azad olunması üçün səfərbər olmağa hazır olduqlarını ifadə etmələri dövlət və xalq birliyinin göstəricisidir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ordumuz düşmənlə üz-üzə dayanıb qəhrəmancasına vuruşur: "Nəinki sərəhəddə, hətta düşmənin dərinliklərdə yerləşən dayaq nöqtələri məhv edilir. Düşmənə kifayət qədər ağır zərbələr endirilir. Ordumuzun generalı da, zabiti də əsgərlə ön cəbhədədir. Şəhidləri xalqımız böyük coşqu ilə son mənzilə yola salır. Lakin bir qrup adam orduya dəstək yürüşündə təxribat törədməyə cəhd etdi. Milli Məclisin inzibati binasınasına daxil olmaq nəyə lazım idi? Əslində içəri daxil olan insanların niyyəti məlum idi. Belə ünsürləri nə torpaq, nə vətən, nə də şəhid düşündürmür. Onların öz məqsədləri var. Bu məqsəd ölkəni daxildən zəiflətmək və parçalamaq, düşmən dəyirmanına su tökməkdir. Düşünrəm ki, cinayətkar ünsürlər və onlara tapşırıq verənlər tez bir zamanda müəyyənləşəcək və qanunun ən ağır cəzası ilə cəzalandıracaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...