YAP Qazax rayon təşkilatı video konfrans keçirib

YAP Qazax rayon təşkilatı Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar videokonfrans keçirmişdir. Videokonfransı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq qeyd etmişdir ki, dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması barədə tarixi təşəbbüsünü dəstəkləmişdir. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. H.Pənahov daha sonra möhtərəm cənab Prezidentimiz İlham Əliyevin pandemiya dövründə insanların sağlamlığı naminə həyata keçirdiyi tədbirlərdən ətraflı danışmışdır. Videokonfransda YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Valeh Vəliyev, Qazax şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Tahirə Xasməmmədova çıxış etmişlər. Onlar Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədiklərini bildirmiş, bunu Azərbaycan Prezidentinin növbəti tarixi uğuru kimi qiymətləndirmişlər. Əmin olduqlarını bildirmişlər ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir.

İLHAM

Bütün xəbərlər Facebook səhifəmizdə