Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Mayın 8-də Qələbə Günü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanı sosial şəbəkələrin digər istifadəçiləri kimi öz babasının şəklini paylaşıb və qısa şərh yazıb: "Nikol Paşinyan, 1913-1943. 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə".

Qısa müddət sonra bu şəklin altına baş nazirin babasının satqın olduğu, Qaregin Njdenin SS erməni legionuna daxil olduğu və Şərq cəbhəsində həlak olduğu barədə şərhlər yazılıb.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın inforuss.info portalında yazılıb.

Baş nazirin qıcıqlanmış tərəfdarları dərhal bu fikrə qarşı çıxdılar və iddia etdilər ki, bu məlumatın ilkin mənbəyi Azərbaycanın www.trend.az saytı olub. Amma sonra məlum olub ki, ilkin mənbə Azərbaycan saytı yox, Ermənistanın iravunk.com portalı olub və Paşinyanın babası haqqında "Düşmənlə əməkdaşlıq edib və həlak olub" adlı ifşaedici məqalə yazıb.

Aydın olub ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Memorial" məlumat bazasının saytında Böyük Vətən Müharibəsi dövründə həlak olmuş sovet vətəndaşları arasında 1913-cü ildə İcevan rayonu, Yenokovan kəndində anadan olmuş və 1943-cü ildə həlak olmuş Nikol Vartanoviç Paşinyan haqqında məlumatlar var.

Baba Paşinyanın satqınlığının təsdiqi qismində onun SS ost-legionerlərinə tabeliyini təsdiqləyən alman uçot sənədinin fotosu təqdim olunur.

Paşinyan öz tərəfdarları və köməkçiləri vasitəsilə yalan danışmaq və özünə bəraət qazandırmağa çalışdı. Onun öz "qəhrəman" babasının həqiqətən kim olduğunu yaxşı bilməsi faktını "Ermənistanın milli qəhrəmanı" Qaregin Njdeni həyasızcasına müdafiə etməsi və Azərbaycan Prezidenti İlham Əliyevin MBD ölkələrinin sammitində nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməzliyi məsələsini səsləndirərkən kəskin reaksiyası təsdiq edir.

Belə ki, Rusiyanın xarici işlər naziri ilə polemikası zamanı Erməni legionunun rəhbərini və Qırmızı ordunun erməni əsgərlərinin qatilini marşal Baqramyanla müqayisə edib və bununla da kifayətlənməyib Molotovu Hitler və Ribbentropla ünsiyyətdə ittiham edib.

Xatırlatmaq lazımdır ki, Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni silahlarının rəhbəri və faşist yönümlü siyasi xadim olub. 1940-cı ildən SS-in təhlükəsizlik xidməti SD ilə gizli əməkdaşlıq edib. 1942-ci ildən Berlində Hitler Almaniyasının siyasi və xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılmış Erməni Milli Şurasının rəhbərliyinə daxil olub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl ictimailəşdirilmiş sənədləri təsdiq edir ki, Erməni Milli Şurası Ermənistan SSR ərazisində Almaniya koloniyasının və protektoratlığının yaradılması təklifi ilə nasist Almaniyasının Şərqi ərazilər naziri Alfred Rozenberqə müraciət edib.

Müharibənin sonunda Qaregin Njde təxribat əməliyyatlarının keçirilməsi məqsədilə sovet Ermənistanına silahlı qrupların göndərilməsi üçün abver – hərbi kəşfiyyatla əməkdaşlıq edib.

Stalinin sözlərinə görə, oğul ataya, nəvə babaya görə cavabdehlik daşımır. Amma Paşinyan alma almaya bənzər ifadəsini təsdiq etmək üçün əlindən gələni edib.

Bütün xəbərlər Facebook səhifəmizdə