Əli Kərimli yenə də uğursuz bəhanələr gətirir SİYASİ RAKURS

AXCP sədri ümummilli məsələlərdə belə, dialoqdan qaçıb

Son vaxtlar siyasi-ictimai rəydə iqtidar-müxalifət dialoqu barədə mövzular yenidən aktuallaşıb. Maraqlı məqamlardan biri də budur ki, vaxtilə destruktiv yöndə fəaliyyətə üstünlük verən bir sıra müxalifət partiyaları artıq həmin fəaliyyətdən imtina edərək, baxışlarını konstruktivliyə tərəf istiqamətləəndirirlər. Düzdür, müxalifətçilik və müəyyən məsələlərdə siyasi fərqlilik cəhətləri bu gün də qalmaqdadır, amma bütövlükdə müxtəlif məsələlərdə ortaq məxrəcə gəlməyin mümkünlüyü görünməkdədir. Daha dəqiq desək, ümummilli məsələlər ətrafında aparılan müzakirələr ölkənin siyasi arenasının canlanmasına səbəb olmaqdadır.

İqtidar yalnız xalqın maraqlarından çıxış edir və dövlətçiliyin inkişafını da həmin istiqamətdə qurur

Lakin hər dəfə olduğu kimi, özünü müxalifətin düşərgəsinin “anası” kimi ictimaiyyətə sırımağa çalışan AXCP sədri Əli Kərimli yenə də öz köhnəlmiş ənənəsindən əl çəkməyərək, hər vəchlə konstruktivlik fəaliyyətindən qaçır, üstəlik bunu hakimiyyətin üzərinə şər atmaqla yıxmağa çalışır.

Əslində, hakimiyyət dəfələrlə bəyan edib ki, onunla diktə dilində danışmaq əbəsdir. Çünki müstəqil və qətiyyətli siyasi fəaliyyət reallığı mövcuddur. Daha doğrusu, bir sıra xarici təşkilat və qurumlar Azərbaycan iqtidarına diktə dili ilə danışmağa dəfələrlə cəhdlər etsə də, lazımi cavabını alıb və sübut olunub ki, iqtidar yalnız xalqın maraqlarından çıxış edir və dövlətçiliyin inkişafını da həmin istiqamətdə qurur.

Əgər AXCP, ya da onun timsalında fəaliyyət göstərən “Milli Şura” və s. cırtdan qurumlar “ayaqda qalırlarsa” bu alınan sifarişlər və götürülən öhdəliklər sayəsindədir

Belə olan halda heç bir ciddi dəstəyi, ictimai resursu olmayan AXCP-nin diaoq mühitinə kölgə salmaq cəhdləri anlaşılandır. Əgər o dialoqa gedərsə, bu gün xarici dairələrdən maliyyələşməsi kəsiləcək, müxtəlif saxta QHT-lər adından əldə etdiyi qrantların ödənilməsinə son qoyulacaq. Yəni fakt budur ki, əgər AXCP, ya da onun timsalında fəaliyyət göstərən “Milli Şura” və s. cırtdan qurumlar “ayaqda qalırlarsa” bu alınan sifarişlər və götürülən öhdəliklər sayəsindədir. Məhz bu baxımdan, Ə.Kərimli hakimiyyət-müxalifət müzakirərindən sözün əsl mənasında qaçır.

AXCP sədri konstruktivliyi rədd edir və...

Baxın, bu adam iddia edir ki, guya həmişə açıq və predmetli dialoqun tərəfdarı olublar, amma bunun “imitasiya” olduğu qənaətinə gəliblər (?!).

Maraqlıdır, Ə.Kərimli burada “dialoq imitasiyası” deyərkən nəyi düşünür? Onun iddiası çox gülüncdür. Belə ki, AXCP sədri konstruktivliyi rədd etdiyini açıq-aydın etiraf edir. Yəni o dağıdıcılığın, radikalçılığın, qaragüruhçuluğun, ümumiyyətlə, hay-küyçü müxalifətçiliyin tərəfdarı olduğunu sərgiləyir. Ona görə də, xalqın, dövlətin maraqlarına xidmət edən siyasi müzakirələri “alqı-satqı”, “bəzi müxalifətçilərin konstruktivləşməsi”, “hökumətin yanına keçməsi” kimi görür, ya da dağıdıcılıq prinsipindən ayrılmamaq üçün bu cür imitasiyalara yol verir. Halbuki, bu adam hələ də anlamır, ya da anlamaq istəmir ki, iqtidarla müzakirərin aparılması, dialoqa gedilməsi heç də iqtidara işləmək mənasını daşımır, əksinə, müxalifət partiyalarının fəaliyyətlərinə siyasi stimul verir, onların gələcək siyasi maraqlarının təminatı üçün önəmli rol oynanır.

Ümumiyyətlə, siyasi konsolodasiya deyilən vasitə yalnız və yalnız dövlətçilik maraqlarına xidmət edir. AXCP sədri Ə.Kərimli isə bundan göründüyü kimi, müxtəlif dəyərsiz iddialarla imtina edir. Bununla da dövlətçiliyin, xalqçılığın yanında olmadığını, xarici maraqlara xidmət etdiyini isbatlamış olur.

Məgər seçki islahatları bağırarkən, Ə.Kərimli bunu istəmirdimi?

Onun daha bir gülünc iddiası seçki islahatları ətrafındakı var-gəlləridir. Belə ki, dialoqa yalnız özəl tələbləri (?!) ilə gedə biləcəyini öz təbirincə “diktə” etməyə səy göstərən Ə.Kərimli “dialoqa hazırıq, amma biz orada seçki islahatını danışacağıq”, deməklə guya iqtidara “ana müxalifətçilik” təsiri göstərdiyini uğursuzluqla tərənnüm edir. Halbuki, ölkədə keçirilən son seçkilərdən sonra bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasilər nəticələri yüksək qiymətləndirdilər. O cümlədən, bu gün parlamentdə kifayət qədər müxalifətçi partiya təmsilçiləri fəaliyyət göstərirlər və ən maraqlısı da budur ki, vaxtilə sosial şəbəkələrdə, aksiyalarda “İlqar Məmmədova azadlıq” şüarını səsləndirən Ə.Kərimli indi həmin partiyaya qarşı “Səlib yürüşü” təşkil edib, söyüş, təhqir kampaniyası başladıb. Sual olunur ki, əgər AXCP sədri REAL-ı ciddi müxalifət partiyası hesab edirdisə, bu partiyanın sədrinin həbsini pisləyirdisə, günaharı da hakimiyyətin üzərinə atırdısa, indi nə baş verdi? Nə oldu ki, REAL təmsilçisi Erkin Qədirli demokratik yolla Milli Məclisin deputatı seçidi və bu məsələ Ə.Kərimlini qəzəblənədirdi? Məgər seçki islahatları bağırarkən, Ə.Kərimli bunu istəmirdimi? Göründüyü kimi, yenə də qeyri-ciddilik və böhtan! Artıq məlumdur ki, REAL partiyası qaragüruhçuluq, radikalçılıq metodlarından imtina edəərək, sivil siyasi fəaliyyət göstərməyi daha üstün tutur və bu qərarı onlara hakimiyyət diktə etməyib, bu qərar elə partiya rəhbərliyinin özləri tərəfindən verilib. Nəticədə AXCP-nin xarici maliyyə donorları növbəti müxalifət partiyasını – REAL-ı əldən verdiklərinə görə, indi də Ə.Kərilmini və ətrafını bu partiyaya qarşı hücum etdirir, əlbəttə ki pul-para müqabilində…

AXCP sədri özünü xalqa və dövlətə işğalçı Ermənistan rəhbərliyi qədər düşmən görür və bunu etiraf edir!

Cəbhəçi sədrin növbəti gülünc və iztehza yaradan iddiası hakimiyyətin işğalçı Ermənistanla danışıqlar aparması məsələdir. Görün bu adam nə qədər siyasi səbatsız və düşüncəsiz kəsdir ki, Azərbaycan hökumətinin Ermənistanla dialoqa getdiyi halda nəyə görə AXCP ilə dialoqa getməməsini soruşur (?!). Məsələ ondadır ki, bu gün işğala məruz qalmış torpaqlarımızın əsas baiskarları, əsas təməlçiləri bilavasitə AXC iqtidarı olub. Həmin iqtidar ki, onun yüksək siyasi eşalonunda Ə.Kərimli də təmsil olunub. İndi mövcud iqtidar torpaqların qeyd-şərtsiz azad olunması üçün Ermənistanla danışıqlar masasında oturur və əks halda ərazilərimizi müharibə yolu ilə azad edəcəyini açıq şəkildə bəyan edir. O cümlədən, hücum diplomatiyası da öz qüvvəsində qalmaqdadır. Bəs Ə.Kərimli niyə yuxarıda qeyd edilən iddiasını irəli sürür? Məgər o özünü Azərbaycan dövlətinə və xalqına düşmənmi bilir? Göründüyü kimi bu belədir, o həqiqətən də özünü bu dövlətə, bu xalqa düşmən élan edib!

Beləliklə, bu cür faktları, sübutları “n” qədər gətirmək olar. Ancaq kimə və nəyə? Bir halda ki, özünü “ana müxalifət” élan edən Ə.Kərimli ən elementar siyasi bilgiləri qavramırsa, onunla həqiqətən də müzakirələr aparmağa dəyməz…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə