Səfir Azərbaycanın KTMT-yə üzvlüyünün mümkünlüyündən danışdı İRƏVANDA

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk İrəvandaca erməniləri özündən çıxaran və məyus edən bəyanatla çıxış edib. SİA aysor.am-a istinadən xəbər verir ki, belaruslu diplomat Azərbaycanın KTMT-yə üzv olmasına qarşı çıxmadığını bildirib və bu fikrini Sovet İttifaqı təcrübəsindən çıxış edərək əsaslandırıb.

İrəvanda “KTMT-nin Qafqaz regionunda təhlükəsizliyi təmin etməsinin rolu” mövzusunda keçirilən dəyirmi masada müzakirələr aparılarkən Azərbaycanın KTMT-yə daxil olması və Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiretmə mümkünlüyü barədə sual ünvanlanıb. Həmin sualı cavablandıran belaruslu səfir deyib: “Mən Sovet İttifaqı təcrübəsindən çıxış edərək demək istəyirəm. Bizlərin hər biri müxtəlif olub, bunu xatırlayırsınız, Baltikyanı respublikaları, Orta Asiya respublikaları və s. Xoşbəxtlikdən SSRİ kimi çoxmillətli ailədə nə ərazi iddiaları, nə millətlərarası, nə də konfessiyalararası münaqişlələr olub. Ona görə də bu istiqamətdə olan trend daha doğru olardı”, deyə İqor Nazaruk bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...