“Avropada keçiriləcək Xocalı mitinqinin əhəmiyyəti böyükdür” ÖZƏL-MÜNASİBƏT

Mən hesab eliyirəm ki, bizim beynəlxalq təşkilatlarımız bütün ölkələrdə fəal olmalıdırlar və diaspor təşkilatlarını da bir araya gətirən əsas ideyalardan biri və birincisi Qarabağın azadlığı idayasıdır. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

“Hər bir diaspor təşkilatı və onun üvləri Qarabağın azadlığı idayasına xidmət etməlidirlər və bu istiqamətdə Azərbaycan dövlətinin yanında olmalı, öz dəstəklərini verməlidirlər. Azərbaycan dövlətinin apardığı siyasətin uğurla nəticələnməsi üçün oz paylarını verməlidirlər və son illərdə hiss olunur ki, bu istiqamətdə diaspor təşkilatlarımız xüsusilə də Avropada xeyli fəallaşıblar. Diaspor Komitəsinin yeni rəhbəri o istiqamətdə yorulmadan fəaliyyət göstərir və biz də onu izləyirik. Bizim oradakı diaspor təşkilatları ilə əlaqələrimiz var, biz də onlarla Qarabağ məsələsi ilə əlaqədar əməkdaşlıq edirik. Mən hesab edirəm ki, demək olar ki, bütün Avropanı əhatə edən bir mitinq olacaq. Hətta mən mətbuatdan izlədim ki, Amerikadan, digər yerlərdən də nümayəndələr bu mitinqdə iştirak edəcəklər. Avropadakı təşkilatlarla biz əlaqə saxlayırıq və şahidiyik ki, ciddi şəkildə hazırlaşırlar. Bu tədbirin əhəmiyyəti də böyükdür və vacibdir. Dünya ictimaiyyətinə, Avropa ictimaiyyətinə birmənalı şəkildə Qarabağla bağlı həqiqətlər çatdırılmalıdır və bu məsələnin bir tərəfidir.

Dövlətlər də, beynəlxalq təşkilatlar da Qarabağla bağlı həqiqətləri bilməlidir və Azərbaycanın haqlı mövqeyini başa düşməli, müdafiə etməlidirlər. Eyni zamanda bu cür mitinqlərin keçirilməsi, bu cür tədbirlərin keçirilməsi bizim Avropadakı diaspor təşkilatlarımızın, soydaşlarımızın bir araya gəlməsi, güclənməsi, qüdrətlənməsi, vahid mövqeyi ortaya qoyması üçün çox vacibdir. Belə aksiyaların ətrafında birləşmək diaspor təşkilatımızın gücünü artırır. Ona görə də hesab edirəm ki, nəzərdə tutulan mitinq çox müsbət bir hadisədir və hesab edirəm ki, hər kəs də buna dəstək verməlidir”, - deyə təşkilatın sədri Akif Nağı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...