“Əli Kərimlinin imici ləkəlidir” RƏY-ÖZƏL

"Müxalifətin dağıdıcı qanadı xarici pozucu qüvvələrlə geniş iş birliyindədir və qarşılıqlı əlaqələrin nəticəsi olaraq Ə.Kərimli, C.Həsənli, A.Hacılı həmin məkrli qüvvələrdən maliyyə yardımları alırlar". Bunu SİA-ya açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib. Onun sözlərinə görə, “Human Rights Watch hər zaman olduğu kimi bu dəfə də Azərbaycan haqqında reallığı özündə əks etdirməyən hesabat yayır: "Yalan və böhtan üzərində qurulan bu hesabat əvvəlki hesabatların kopyasından başqa bir şey deyil. Hər kəs, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycanda sürətli inkişafın şahididir. Ölkəmiz tam demokratik siyasət prinsipində öz fəaliyyətini həyat keçirir. Ölkəmizin daxilindəki və xaricindəki məkrli qüvvələrin bir mərkəzdə ona görə cəmlənir ki, artıq onlar Azərbaycanda gedən bu sürətli inkişafın və demokratiya əsasında qurulan bu dövlətin böyük gələcəyini görür və onu qısqanırlar. Yəni onlar bu inkişafdan narahatçılıq keçirdiklərindən başlayırlar ölkəmizi qınaq atəşinə tutmağa. Bu tip anormal qərəzli hesabatların hazırlanmasında və yayılmasında Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli kimi dağıdıcı xislətli ünsürlərin müəyyən rolları var. Çünki, məhz bu gədələr qismində çıxış edən müxalif ünsürlər Azərbaycanın beynəlxalq aləmdəki imicinə ləkə vurmaq üçün özlərindən uydurduqları qondarma məlumatları Human Rights Watch kimi özlərinə yaxın təşkilatlara göndərilər. Hansı ki, Human Rights Watch təşkilatının əsas idarəedici rəhbərliyi erməni lobbisinin əlindədir. Bu kimi faktlar bir daha müxalif dağıdıcı qüvvələrin ermənilərlə iş birliyində olduqlarını və fəaliyyətlərini onların göstərişləri əsasında qurduqlarını təsdiqləyir. Müxalif ünsürlər Azərbaycanda öz imiclərini o səviyyədə itiriblər ki, artıq onun bərpasının olmadığını baş düşürlər. Onlar ləkəli imiclərini bərpa etmək imkanından kənar olduqlarına görə başlayıblar belə böhtan xarakterli vasitələrdən bəhrələnməyə. Human Rights Watch kimi təşkilatların maraqları ilə Azərbaycanda imiclərini itirmiş müxaliflərin maraqları üst-üstə düşdüyündən əməkdaşlıq edirlər. Ancaq bir fakt unudulmamalıdır. Onların ölkəmizlə bağlı məkrli planları heç vaxtı baş tutmayacaqdır. Hər zaman olduğu kimi bu dəfə də onlar uğursuzluğa düçar olacaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə