Tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb

Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.

V.Ələsgərov bildirib ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.

Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər: "Təklif edirəm ki, Təhsil və Maliyyə Nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə