"Müharibə bəzən qəddarlıq, qanlı epizodlar insan təxəyüllündə gilzi və qorxulu bir yaddaş formalaşadırır". Bu sözlər rusiyalı jurnalist Aleksey Potapovun " Xocalı faciəsi: bil və yad et" məqaləsində yer alıb. O, Azərbaycan və Ermənistan arasında baş verən münaqişəni sanki vətəndaş müharibəsinə bənzədib: " Bəli bu iki ayrı-ayrı xalqlar arasında baş verən bir hadisədir. Lakin qonşu olan xalqların. Azərbaycan və Ermənistan tarixən birgə ev tikiblər. Götürək, ikinci dünya müharibəsini. Hər iki xalqın nümayəndələri birgə vuruşaraq faşizm üzərində qələbə qazandırlar. Qanları birgə töküldü. Eyni zamanda sovetin qurulmasında, iqtisadi-siyasi potensialın artırılmasında birgə fəaliyyət göstərdilər".
Məqalə müəllifi bütün bu hadisələrin fonunda 1992-ci ildə baş verən qanlı hadisə olan Xocalı soyqırımına toxunub. O, qeyd edib ki, iki xalq arasında mövcud olan münasibətlərə baxmayaraq bu hadisə baş verdi. Ermənilərin bu cür addımı gözlənilən deyildi. Çünki tarixi qonşuluq prinsipləri buna imkan verməməli idi. Xocalı soyqırımının 19-cu ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı moto atıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək öldürüblər. Habelə erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə qətlə yetirildilər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Bu vandalizmi törədənlər hələ də öz cəzalarını almayıblar. Bir sual ortaya çıxır burada baş verən müasir Rusiyaya nə aidiyyatı var? Bunu nəyə görə, müzakirə edək?".
Məqalədə vurğulanıb ki, hazırda Rusiya əhalisinin yarısından çoxuna Qafqazda baş verən hadisələr maraqlı deyil. Çünki daxili problemlər buna imkan vermir. Lakin bu cür soyqırım kimi hadisələri bilib və yad etmək lazımdır ki, təkrarlanmasın: "Ermənilərin Azərbaycan xalqına qarşı cinayət əməlləri ilə əlaqədar sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub".
Məqaladə sovetin dağılması zamanı erməniərin gilzi saxladıqları ssenarilərinin aydınlaşdığı meydana çıxıb: "Əslində formal olan münasibətlərin əsl üzü sovetlərin dağılmasından sonra özünü biruzə verdi. Ermənilərin öz ərazilərini böyütmək istəyi qanlı faciəni törətməklə yekunlaşıb. Sovetlərin dağılmasında xüsusi rolu olan ermənilərin soyqırım törətməsi iki xalq arasında mövcud olan münasibətlərin tarix boyu yalan olduğu göstərdi. Çünki, dostluq münasibətləri fonunda bu cür qətliam törədilə bilməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə