Cavid Şahverdiyev: “”Milli Şura”dakılar Qərbin ştatdankənar əməkdaşlarıdır” RƏY-ÖZƏL

“Qərbin ştatdankənar əməkdaşlarının bir yerə toplandığı “Milli Şura” adlanan qurum Azərbaycanda insan haqlarının, söz və fikir azadlığının qorunmasından sui-istifadə edərək fəaliyyətini ancaq mitinqlərə hesablayıb”. Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri, “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev milli məfkurə və düşüncəyə malik olmayan “Milli Şura” yarandığı gündən ancaq mitinq keçirməklə yadda qalmağa çalışıb: “Hər keçirdiyi mitinq onlara utanc gətirsə də, biabırçılıqlarla üzləşsələr də, ar-abır etmədən yenidən mitinq keçirmək həvəsinə düşüblər. Azərbaycan hakimiyyəti ölkədəki radikallara öz fikir və sözünü demək üçün imkanlar açıb, yer verib. Keçirdikləri hər bir mitinq və aksiyalarının təhlükəsizliyini qoruyub. Amma “Milli Şura” adlanan qurumun liderləri onlara ayrılan meydançanın yarısını belə doldura bilməyiblər. Bizdə elə QHT-lər var ki, keçirdikləri tədbirlərdə azı 100-120 adam iştirak edir. Guya həmin qurumda Azərbaycan müxalifətinin tanınmış partiya liderləri, simaları toplanıb. Necə tanınmış, cəmiyyət və ictimaiyyət arasında nüfuz sahibidirlər ki, 500 adamı bir meydana yığa bilmirlər. Donorları olan Qərb belə onlara gülür. “Milli Şura” bu vaxtadək heç bir milli məsələlərlə bağlı mitinq keçirməyib. Onları qınamaq da olmur, axı Qərbin sifarişli şüarı, tezisi, milli məsələlər yox, Azərbaycan hakimiyyətinin istefasının tələbidir. “Milli Şura” liderləri də tribunadan ancaq bu şüarı səsləndirilər – İstefa! Amma aralarında bir ağıllısı bu istefanın səbəblərini ictimaiyyətə çatdıra bilmir. Nə onlara verilən tribunadan, nə də əllərinin altında olan sosial şəbəkələrdən. Bu vaxtadək “Milli Şura”nın hansı bir lideri əhalinin sosial rifahının yaxşılaşması, iqtisadiyyatın güclənməsi, islahatların aparılması, Dağlıq Qarabağ münaqişəsinin həlli və s. məsələlərlər bağlı öz konsepsiyalarını ictimailəşdiriblər? Tutuquşu kimi ancaq “İstefa” şüarını səsləndirirlər. “Milli Şura” adlanan qurum heç vaxt Avropada belə bir etiraz aksiyası keçirə, hökumətə, hakimiyyətə qarşı destruktiv mövqe sərgiləyə bilməz. Atların ayaqları altına alardılar, rezin güllələrə, dəyənəklərə tuş gələrdilər. Azərbaycan kimi insan haqlarının qorunduğu, söz və fikir azadlığının mövcud olduğu, əhalinin təhlükəsizliyinin təmin olunduğu bir ölkədə “Milli Şura” üçün mitinq keçirmək istəyi hansı səbəbdən yarana bilər? Cavab asandır – iğtişaş yaratmaq, əhalini hakimiyyətə qarşı qaldırmaq, Qarabağı unutdurmaq, ölkənin mövqeyini, nüfuzunu dünyada aşağı salmaq, utandırmaq və s. Amma təəssüflər olsun ki, illərdir “Milli Şura” adlanan qurum bu istəyə nail ola bilmir və olmayacaq da. Çünki, Azərbaycan elə bir geosiyasi regionda yerləşir ki, hər an təhlükə başımızın üstünü ala bilər. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasəti nəticəsində bu təhlükələrdən qorunmuşuq. Hakimiyyətlə xalqın vəhdəti, birliyi həm xarici, həm də “Milli Şura” kimi radikallardan gələ biləcək təhlükələri, zərbələri dəf etmək gücündədir”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə