İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İraqın Azərbaycandakı səfiri Heydər Əlbarrakı onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Süleymanova zəngin tarixi və mədəniyyəti olan İraqın Azərbaycanla dostluq əlaqələrini yüksək dəyərləndirib.
Səfir Azərbaycan Ombudsmanı ilə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmağın faydalı olduğunu bildirib, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə maraqlanıb, bununla bağlı ona ətraflı məlumat verilib.
Ombudsman gələcək mümkün əməkdaşlıq üzrə tərəflər üçün maraq kəsb edən prioritetlərin və məqsədəuyğun tədbirlərin keçirilməsi məqsədilə təkliflərin hazırlanmasını və nəzərdən keçirilməsini tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB