Səməd Seyidov: “Alt komitənin işinə əngəl törətmək Avropa Şurasının öhdəliklərini pozmaq deməkdir”
"2005-ci ildə qəbul olunan qətnamənin həyata keçirilməsi ilə bağlı çox ciddi bir addım atılıb və Alt komitə formalaşıb. Onun üzvləri artıq bilirlər ki, büronun qərarı ilə komitə fəaliyyətə başlamalıdırlar. Ancaq bu istiqamətdə hələ xeyli işlər görüləcək". Bu barədə SİA-ya açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov AŞPA-da Dağlıq Qarabağla bağlı Alt Komitəsinin yenidən bərpa olunması ilə əlaqədar məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, son günlər mətbuatda erməni tərəfinin bu məsələdən elə də xoşbəxt olmaması ilə bağlı fikirlər səsləndirilir. Bunun ölkəmiz üçün yenilik olmadığını deyən S.Seyidovun sözlərinə görə, Azərbaycan hər zaman çalışıb ki, Dağlıq Qarabağ haqqında məlumatlar dünyaya açıq-aşkar şəkidlə çatdırılsın.
"Komitə də bizə bu imkan və şəraiti yaradacaq. İndiyədək bunu etmişik, bundan sonra da komitə vasitəsilə işləri daha təkmil formada edəcəyik. Bunda maraqlı olmayan qüvvələr Dağlıq Qarabağ həqiqətləri haqqında məlumatların yayılmasında maraqlı deyillər. İkinci məsələ, isə Alt komitənin işinə əngəllər törətmək özü-özlüyündə Avropa Şurasının öhdəliklərini pozmaq deməkdir. Azərbaycan və Ermənistan Avropa Şurasına qəbul olunarkən öz üzərinə öhdəliklər götürüb. 222 nömrəki sənəddə göstərilib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll istiqamətində iki nümayəndə heyəti arasındakı əlaqələrin təşkil olunması bir öhdəlik kimi Avropa Şurasında var. Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılması istiqamətində səylərimizi ortaya qoymuşuq. Bu istiqamətdə əlaqələrin olmasında maraqlıyıq. Bu əlaqələrdən qaçmaq, komitənin işini əngəlləşdirmək həmin öhdəliyin yerinə yetirilməməsi deməkdir. Ona görə ki, həmin öhdəlik Ermənistanın da sənədində mövcuddur. İnanmıram ki, erməni tərəfi bu istiqamətdə belə bir addım atmayacaq. Çünki bu Ermənistanın imicinə mənfi zərbə endirəcək və xeyir gətirməyəcək. Hər bir halda biz üzərimizə düşən missiyanı yerinə yetirməli, Dağlıq Qarabağ komitəsinin işini aparmalı və bu istiqamətdə konkret təkliflərimizi ortaya qoymalıyıq", - deyə o əlavə edib.
S.Seyidov qeyd edib ki, ölkənin təklifi ondan ibarətdir ki, Dağlıq Qarabağ İcması Avropa Şurasında daha geniş şəkildə təmsil olunsun. Onun fikrincə, Dağlıq Qarabağda yalnız erməni icmasının təmsil olunması və yaxud onların Dağlıq Qarabağın adından danışması mümkün deyil: "Hər iki ölkənin icmasının səsi Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda eşidilməlidir. Bunun əleyhinə çıxmaq mümkün deyil. Bu mütləq olmalıdır. Bundan başqa təkliflərimiz var və bu istiqamətdə ən əsas işimiz Avropa Şurasının deputatlarına Dağlıq Qarabağ məsələsini daha geniş, açıq və dərindən çatdırmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə