Müğənni Rüfət Mehdiyev dünyasını dəyişib

Müğənni Rüfət Mehdiyev bu gecə saat 03. 00 radələrində qəflətən dünyasını dəyişib. SİA-nın məlumatına görə, mərhumun yaxınları bildirib ki, müğənni beyninə qansızma nəticəsində vəfat edib.

Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən isə müğənnilik edib. "Space" Televiziyasında hazırlanan "Qış Nağılı" (2004) və "Baharın Nağılı" (2008) film-verilişlərində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə