Gülər Əhmədova: “Məncə İsa Qəmbərin istirahətə getmək vaxtıdır”-AÇIQLAMA
"Mənə elə gəlir ki, İsa Qəmbər haqqında daha çox biz danışırıq nəinki musavatçılar". Bu sözləri millət vəkili Gülər Əhmədova Müsavat başqanı İsa Qəmbərin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, təcrübə onu göstərir ki, İsa Qəmbər artıq bitmiş bir fiqurdur.
"Mənə elə gəlir ki, onu gündəmdə saxlayan daha çox Yeni Azərbaycan Partiyasının üzvləridir nəinki müsavatçılar. Bu baxımdan da İsa Qəmbərin nəsə söyləməsi və ya hansısa addım atması heç kimin marağına səbəb olmur. Düşünürəm ki, bu heç kimi maraqlandırmamalıdır. Çünki o adamın siyasi karyerası bitib",- deyə millət vəkili vurğulayıb.
Müsavat başqanının bu cür addımlar atmaqla gündəmə gəlmək niyyətində olduğunu deyən G. Əhmədova bildirib ki, "Müsavat" partiyasının vəziyyəti göz qabağındadır. Orada baş verən hadisələri hər kəs görür. Bütün bunlara nəzər yetirdikdə məncə İsa Qəmbərin istirahətə getmək vaxtıdır".
Qeyd edək ki, dekabrın 1-dən 20-nə kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib.
Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər. Müsavat başqanı İ.Qəmbər isə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina edib. Partiya lideri bu bəyanatı Müsavat Məclisinin dekabrın 26-da keçirilən iclasında verib. O, mükafatdan imtina qərarını bu il "Jurnalistlərin dostu" mükafatının prezident İlham Əliyevə verilməsi ilə əsaslandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB