Aşot Manuçaryan: "Hazırda Ermənistanda iyrənc sistemin dağılması gedir"

"Robert Köçəryanın həbsi Ermənistana itirdiyi suverenliyi qaytarmaq prosesində sadəcə aysberqin görünən hissəsidir." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Levon Ter Petrosyanın milli təhlükəsizlik məsələləri üzrə eks-müşaviri Aşot Manuçaryan deyib.

“27 oktyabr 1999-cu ildən sonra (parlament teraktı) Ermənistan özünün müstəqilliyini itirdi. Ölkə xarici idarəetmə rejiminə keçdi. Köçəryan onun xələfi Serj Sərkisyan kimi xaricdən təyin olunan administrator idi. Ermənistanı davamlı olaraq Liviya, Suriya, İraq kimi məhvə apardılar. İndi isə iyrənc sistemin dağılması gedir. Köçəryana qarşı cinayət işinə mən bu kontekstdə baxıram.

Köçəryan 2008-ci ildə həqiqətən konstitusion quruluşu dəyişdi. İndi həm Köçəryan, həm də Sərkisyan xarici kuratorların vasitəsilə müqavimət göstərməyə çalışırlar. Ona görə də onları bütün imkanlardan məhrum etmək lazımdır” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə