Ekspert: “Ermənistan "vorzakon"ların yuvasına çevrilib” AÇIQLAMA

“Ümumiyyətlə danışıqların qısa xronologiyasına baxsaq görərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən bütün proseslərdə pozuculuq missiyasını Sarkisyan yerinə yetirib. Bunun da hər kəs üçün bəlli olan səbəbləri var. Əvvəla Ermənistan danışıqlar masasınada nə deyə bilər? Hansı arqumentləri gətirə bilər? Yəni BMT, ATƏT və digər mötəbər təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü qəbul edib”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, hətta Ermənistanın qeyri-şərtsiz torpaqları azad etməsi üçün qətnamalər də var: “Bu mənada Sarkisyanın deməyə nə sözü ola bilər? Dalana dirəndiyinə görə status-kvonu qorumaq naminə provokativ addımlar atır. Sarkisyanın erməni diasporları ilə görüşdə dediklərinə heç ordakılar belə inanmırlar. Bu dəqiqdir. Ermənistanda baş verən anarxix prosesləri hər kəs gözəl bilir. Bu ölkə vorzakonların cinayət yuvasına çevrilib, əhali qorxu içində yaşayır. Aclıq və səfalət öz yerində. Sarkisyan diaspordan pul qoparmaq üçün bütün imkanlardan yararlanmağa çalışır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...