Əli Kərimlinin tərəfdarları dövlət bayrağını təhqir etdilər

“Milli Şura”nın rüsvayçı və fiaskoya uğramış mitinqindən sonra bu qurumun “liderlərinə” tapınan psevdomüxalifətçilər daxillərində formalaşmış növbəti çirkinliklərini nümayiş etdiriblər. SİA-ya daxil olan foto-məlumata görə, AXCP sədri Əli Kərimlinin aksiyaları hesabına xarici ölkələrdə qondarma “siyasi mühacir” adı almaq xəyalları ilə yaşayan Vətən xainləri dövlət bayrağımıza qarşı təhqir nümayiş etdiriblər. Belə ki, onlar mitinq başa çatar-çatmaz dövlət bayrağıımızı zibil qutusunun yanında ataraq, oradan uzaqlaşıblar. Lakin nədənsə, Avropa Birliyinin bayraqlarını da qaldıranlar həmin bayraqları dövlət bayraqlarımızın buraxıldığı yerdə qoymayıblar.

Bu fakt, onlarda dövlət, xalq, millət sevgisinin olmadığının, müqəddəslik anlamı daşımadıqlarının aşkar göstəricisidir.

Qeyd edək ki, artıq bununla bağlı sosial şəbəkələrdə Əli Kərimli, Cəmil Həsənli və s. “liderlərə” şəxsi maraqlarına görə dəstək verən şəxsləri sərt şəkildə qınayan statuslar paylaşılmaqdadır. O cümlədən, Əli Kərimlinin ətrafında toplaşan bir qism dini inanclılara da digər inanclılar tərəfindən sözügedən faktla bağlı kəskin qınaqlar ünvanlanmaqdadır.

Xatırladaq ki, bənzər hallar daha öncəki mitinq və aksiyalarda da dəfələrlə təkrar olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...