Plenar iclasın iştirakçıları Fəxri xiyabanda FOTOLAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 5-də Bakıda işə başlayan MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsinin və Terror Əleyhinə Mərkəzin elmi-məşvərət şurasının geniş plenar iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. SİA-nın məlumatına, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra tədbirin iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə