Samir Əsədli: “Namizədlərimiz imzatoplama kampaniyasında bir sıra qanun pozuntuları ilə qarşılaşırlar” - MÜNASİBƏT

"Namizədlərimiz imzatoplama kampaniyasında bir sıra qanun pozuntuları ilə qarşılaşırlar". SİA-ya açıqlamasında bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli deyib. O, bir sıra dairələrdə "Demokratiya" siyasi partiyalar bloku tərəfindən irəli sürülən namizədlərə imzatoplama kampaniyası zamanı icra hakimiyyəti nümayəndələri tərəfindən müxtəlif formalarda təzyiqlərin edildiyini bildirib: "Namizədlərimizə imkan vermirlər ki, vətəndaşlardan imza toplasınlar".

Pozuntularla bağlı faktların seçki qərargahı tərəfindən araşdırıldığını söyləyən S.Əsədli toplanmış faktların Mərkəzi Seçki Komissiyasına və digər müvafiq qurumlara təqdim ediləcəyini qey edib. İmzatoplama kampaniyasının davam etdiyini deyən VHP Siyasi Surasının üzvü blok tərəfindən irəli sürülən namizədlərdən 5 nəfərin topladığı imzaları seçki dairələrinə təhvil verildiyini qeyd edib. O, digərlərinin də ayın sonuna kimi imza vərəqələrini ayın sonuna kimi müvafiq dairələrə təhvil verəcəyini söyləyib.

117 seçki dairəsinə namizədlərin müvafiq sənədləri təqdim etdiyini deyən S.Əsədli bildirib ki, namizədlərdən 2-nin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən onların sənədləri qəbul olunmayıb. O, namizədlərdən birinin də namizədlikdən imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, "Demokratiya" siyasi partiyalar blokunda VHP ilə yanaşı Demokratik İslahatlar Partiyası da təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...