Politoloq: “Bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər”

“Son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik. Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilərin cəbhədə hansı silahları yerləşdirmələrindən asılı olmayaraq ordumuz onlara tutarlı cavabı verəcək: “Bizə əks olan qüvvələr başa düşməlidirlər ki, əgər müharibə başlayarsa bu sıradan bir müharibə olmayacaq. Müxtəlif qüvvələrin qoşulacağı müharibənin nəticəsi bəzi dövlətlərin dağılması ilə nəticələnə bilər. Ona görə bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə