ATƏT-in Minsk qrupunun "dişsiz" bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) Ermənistan Silahlı Qüvvələrinin 4 iyul tarixində açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi və yaralanması ilə bağlı bu gün bəyanatla çıxış ediblər. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, həmsədrlər tərəfləri vəziyyəti gərginləşdirməməyə, atəşkəs rejiminə əməl etməyə çağırıblar.
“Güc tətbiq etməyin cavabı da adekvat olur. Uzun sürən münaqişənin həlli yolu humanizm prinsiplərindən çıxış edib, öz istəkləri ilə danışıqlar masası arxasına keçməkdir”, - deyən həmsədrlər həlak olanların ailələrinə başsağlığı verməyi də unutmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə