Mixeil Saakaşvili Azərbaycana işgüzar səfərə gəlib

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Prezident Mixeil Saakaşvilini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə