Səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqları artırılıb

Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 % artırılıb.

Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə