Beynəlxalq konfransın iştirakçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar

Bakıda öz işinə başlayan "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizə gələn əcnəbi qonaqlar AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar.

SİA-nın məlumatına görə, nuzeylə tanış olan qonaqlara Azərbaycanın qədim və orta əsrlər tarixi barədə məlumat verilib. Muzeyin ekspozisiya zalında Azərbaycan tarixinin qədim dövrü ilə tanış olan konfrans iştirakçılarının diqqətini daha çox qədim Alban dövlətinə məxsus e.ə.III əsrə aid sikkələr, alban əlifbası ilə yazılmış mətnlər, alban xristianlığına məxsus xaçaltı daş və şamdanlar və onların üzərində alban əlifbası ilə yazılmış mətnlər cəlb edib.

Qonaqlar, həmçinin tanınmış xeyriyyəçi, Bakı milyonçusu H.Z.Tağıyevin xatirə muzeyi ilə də tanış olublar

Bütün xəbərlər Facebook səhifəmizdə