“Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq” AÇIQLAMA

“Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin Fransaya səfəri bir neçə baxımdan diqqəti cəlb edir və əhəmiyyətlidir. Hər şeydən əvvəl, bu il Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ötən illər ərzində iki ölkə arasında münasibətlər bütün sahələrdə böyük inkişaf yolu keçib: "Qarşılıqlı münasibətlərdə toplanmış təcrübənin təhlil edilməsinə, ümumiləşdirilməsinə, qiymətləndirilməsinə və inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə ehtiyac vardır. İkincisi, məlum olduğu kimi, Fransa Respublikası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Həmin mandatın yerinə yetirilməsi çərçivəsində müzakirə ediləsi çoxlu məsələlər vardır. Azərbaycan cəmiyyəti Fransadan ədalətli mövqe, təcavüzkar Ermənistana lazım olan cavabı verəcəyini gözləyir. Hesab edirəm ki, cənab Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə