Məzahir Pənahov: "Referendum Azərbaycan tarixinə xüsusi hərflərlə yazılacaq"

Məzahir Pənahov: "Referendum Azərbaycan tarixinə xüsusi hərflərlə yazılacaq"

"Mərkəzi Seçki Komissiyası (MSK) mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Bu, seminar-müşavirədə özünün əhəmiyyətliliyi ilə seçilir". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu ilin sentyabrın 26-da keçiriləcək Referendumla bağlı seminar-müşavirənin açılışında çıxışı zamanı deyib.

MSK sədrinin sözlərinə görə, bu kimi seminar-müşavirələr Referendumun keçirilməsində xüsusi rola malik olacaq: "26 sentyabr Referendum Azərbaycan tarixinə xüsusi həriflərlə yazılacaq. Bütün bu seçkilər Azərbaycanın inkişafına, stabilliyinə töhfə olmaqla yanaşı hansı çətinliklərin mövcud olduğuna və onların həllinə də yardımçı olacaq. Dünyanın hər bir ölkəsinə Azərbaycandakı inkişaf nümunə sayıla bilər. Dövlətimizin bütün sahələrində inkişaf var".

M.Pənahov əlavə edib ki, qısa müddətdə bütün sahələrdə inkişaf mövcud olub, eləcə də dövlət qurumları müasir standartlaya uyğun qurulub və inkişaf etdirilib: "Həmçinin bunu yerlərdə bütün seçki komissiyalarında yaradılmış şəraitlə nümunə göstərmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə