Şeyxülislam erməni dini liderə ÇAĞIRIŞ ETDİ

"Ermənilər öz ədalətsiz, haqsız iddialarından əl çəkməlidirlər. Nəhayət anlamalıdırlar ki, uduzublar". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, ermənilər təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə uduzublar: "Onlar başqa dinləri, dilləri saymırlar. Özgəyə məxsus torpaqları zəbt edirlər. Ermənilər hər yerə hər cür vasitə ilə əl atan millətdir. Ermənistan gec-tez Azərbaycan torpaqlarından çıxmalıdır. Mən Azərbaycanın gələcəyinə inanıram. Ermənilərin atdığı addımlar isə qəbuledilməzdir. Onlar özlərini də məhv edirlər. Ermənilərin dini liderlərinə bir daha mesaj göndərirəm ki, siyasi liderlərinə, insanlarına başa salsınlar ki, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar ki, onların analarının gözləri yaşlı qalmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə