Azərbaycan və İran prezidentləri görüşüb

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb. SİA xəbər verir ki, əvvəlcədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları, Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mediaya qapalı keçirilən görüşdən sonra heç bir açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə