Elçin Mirzəbəyli: “Onlar əxlaqı naqis olan insanlardır” AÇIQLAMA

Prezident İlham Əliyevin martın 17-də imzaladığı Əfv sərəncamına əsasən azadlığa çıxan şəxslər arasında özlərini vətəndaş fəalları, hüquq müdafiəçiləri, siyasətçilər kimi təqdim edənlər də vardı. Lakin çox təəssüf ki, həmin insanlar məhkumluqdan əvvəl gördükləri işi davam etdirərək, müəyyən dairələrin maraqlarını uyğun olaraq Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Məsələ ilə bağlı politoloq bildirib ki, həmin şəxslərin Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən qüvvələr tərəfindən idarə olunduqları hər kəsə bəlli idi: "Bütün bunlara baxmayaraq, dövlət başçısı humanist addım ataraq onların azadlığa buraxılması ilə bağlı sərəncam imzaladı. Hazırda sözügedən şəxslər tərəfindən sərgilənən davranış əslində normal etik normalarına uyğun deyil. Əgər hər hansı şəxs cinayətinə görə həbs olunursa, ona münasibətdə humanist münasibət sərgilənirsə və onun müqabilində bu cür addımların atılması şübhəsiz ki, heç bir dəyərə və prinsipə uyğun gəlmir. Bu bir daha sübut edir ki, həmin insanlar mahiyyət etibarı ilə Azərbaycana və onun maraqlarına zidd fəaliyyət göstərən əxlaqı naqis olan insanlardır".

Politoloqun sözlərinə görə, sözügedən şəxslərin hər hansı bir formada apardığı təbliğatın nəticəsi olmayacaq: "Prinsip etibarı ilə bu təbliğatın mahiyyəti bəllidir. Həmin şəxslər ilk növbədə siyasi sifariş yerinə yetirirlər. Onları bu açıqlamalarından hansı qüvvələrin, ölkədən xaricdə Azərbaycan əleyhinə təbliğat aparan hansı dairələrin istifadə etdiyi də hər kəsə bəllidir. Görünür onlar növbəti dəfə qeyri-leqal qrantların alınması üçün fəaliyyətə başlayıblar. Bu, artıq onların həyat tərzidir və həmin şəxslərdən qeyri davranış gözləmirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...