Serbiyanın XİN başçısı Azərbaycana gəlir

Sentyabrın 9-10-da Serbiya baş nazirinin müavini, xarici işlər naziri İvista Daçiç Azərbaycanda rəsmi səfərdə olacaq. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində İvista Daçiçin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə