İKT ili çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimat mərasimi keçirilib

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında İKT ili çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimat mərasimi keçirilib. SİA-nın məlumtına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Vergilər Nazirinin müşaviri Akif Musayev, Nazirliyin məsul işçisi Elçin Məmmədov, RİH başçısının müavinləri iştirak ediblər.

Təqdimat mərasimində İKT ili çərçivəsində rayon İcra Hakimiyyətində görülmüş işlərə dair videoçarx nümayiş etdirildi.

Tədbir Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərovun giriş nitqi ilə başlayıb. Daha sonra tədbirdə Binəqədi RİH-nin İKT sahəsində strategiyası və onun əsas prinsipləri barədə ətraflı məlumat verilib. Binəqədi RİH-in Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərovun təqdimatında 1646 xidməti barədə məlumat verdi.

YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov və "Binəqədi Sahibkarları" İctimai Birliyinin icraçı direktoru Yavər Şahbazov tədbir iştirakçılarını təmsil etdikləri qurumların veb səhifələri ilə tanış etdiblər.

Həmçinin, tədbirdə Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov "Operativ məlumatlar" alt modulu, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev "Statistik hesabatlar" alt modulu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov isə "Ev təsərrüfatları" alt modulu haqqında tədbir iştirakçılarına məlumat verdilər. "Elektron xidmətlər" (elektron arayışlar) bölümü isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun təqdimatında qonaqların diqqətinə çatdırılıb.

Tədbirdə Millət vəkili Rafael Cəbrayılov və Vergilər Nazirinin müşaviri Akif Musayev çıxış edərək, Rayon İcra Hakimiyyətində "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" sahəsində görülmüş işləri yüksək qiymətləndirdilər.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə