Sabunçuda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP Sabunçu rayon təşkilatı gənclərlə görüş keçirib.
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, hakim partiya tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev yalnız Yeni Azərbaycan Partiyasının namizədi deyil, bütün Azərbaycan xalqının ürəyincə olan bir namizəddir: "Azərbaycan xalqı artıq öz seçimini 10 il bundan qabaq Prezident İlham Əliyevə səs verməklə edib. Sizin hər birinizi 9 oktyabrda seçki məntəqələrinə gələrək Azərbaycanın gələcəyinə, müstəqilliyimizin qarantına, gözəl inkişafımıza, növbəti 5 il sabitliyimizə - cənab İlham Əliyevə səs verməyə çağırıram".
Görüşdə, həmçinin YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, millət vəkilləri Eldar Quliyev və Qalib Salahzadə də iştirak ediblər. Onlar da çıxışlarında ölkədə gedən inkişafdan, bu inkişaf üçün cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb, 9 oktyabrda seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bəyan ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB