İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları təltif edilib - SİYAHI

Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev İqtisadi İnkişaf Nazirliyinin bir qrup işçisinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Prezidentin rəsmi saytına istinadən SİA-nın verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə İqtisadi İnkişaf Nazirliyinin aşağıdakı işçiləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:


Bayramov Manaf Bayram oğlu

Bədəlov Mətin Qulu oğlu

Əliyev Anar Rəhim oğlu

Əliyev Araz Ənvər oğlu

Əliyev Ayaz Elman oğlu

İsayev Zahid İsa oğlu

Qasımov Zaur Polad oğlu

Nağıyev Şahin Nəsir oğlu

Mustafazadə Lalə Əlibaxış qızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...