Ölkə başçısı Niderland XİN-in xüsusi səfirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Niderland Krallığının Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan prezident bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib. Öz növbəsində, səfir Rene van der Linden ölkələr arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirib. Əlaqələrin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş təmsil olunduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...