\"Azərbaycan nümayəndə heyəti İrəvanda təxribatla üzləşib\" - MÜNASİBƏT

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmış Azərbaycan nümayəndə heyəti təxribatla üzləşib. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin iclasının gedişi zamanı YAP İcra katibinin müavini Mübariz Qurbanlı məlumat verib.

"Ermənistan mətbuatı məlumat yayıb ki, guya bizim deputatlar İrəvandakı "qondarma soyqırımı" məzarını ziyarət edib. Mən nümayəndə heyətinin üzvlərilə əlaqə saxladım. Məlum oldu ki, yalandır. Həmin tədbir vaxtı onlar İrəvanda olmayıb, olsaydı da getməyəcəkdilər", - deyə, M.Qurbanlı sözlərinə əlavə edib.


Qeyd edək ki, QİƏT Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyevin başçılıq etdiyi və millət vəkilləri Musa Quliyev və Jalə Əliyevanın daxil olduğu nümayəndə heyəti İrəvanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə