Ölkədə havanın temperaturu 32 dərəcəyədək yüksələcək

Mayın 10-da Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, səhər 21-23, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Azərbaycanın rayonlarında gün ərzində əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə